Icma.az
close
up
RU
Bakıda asan gəlir mənbəyi Bunu edənlərin qazancı ARTACAQ KONKRET

Bakıda asan gəlir mənbəyi Bunu edənlərin qazancı ARTACAQ KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının kirayə mənzil bazarı son dövrlərdə dinamik dəyişikliklərlə diqqət mərkəzinə çevrilib. Artan tələbat, mövsümi təsirlər və iqtisadi faktorlar bu sektorda qiymətlərin formalaşmasına təsir göstərir. Əsasən tələbələrin, işçilərin və şəhərə yeni köçənlərin marağı ilə bazarda aktivlik müşahidə olunur. Həmişə olduğu kimi, hazırda da paytaxtın kirayə bazarında müəyyən hərəkətlilik müşahidə edilir.

Maraqlıdır, bəs Bakıda ən çox tələb olunan kirayə mənzil növləri hansılardır? Ev alıb kirayə vermək istəyənlər hansı mənzillərə üstünlük versələr, daha asan gəlir əldə edə bilərlər?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev kirayə mənzil bazarı ilə bağlı sualları cavablandırıb. O, əsas tələbin hansı mənzillərə olduğuna belə aydınlıq gətirib:

“Ölkənin böyük şəhərlərində kirayə mənzillərə daim təlabat olub. Tələb bu cəhətdən daha çox Bakı şəhərinədir. Çünki ali təhsil müəssisələrinin böyük hissəsi, dövlət qurumları və digər qurumların əksəriyyəti paytaxtda yerləşdiyinə görə, həmçinin, bölgələrdən Bakıya kütləvi axın olduğundan kirayə mənzillərə burada daim tələbat olur. Xüsusən son illər, 2016-cı ildən başlayaraq, paytaxt Bakı şəhərində istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan binaların söküntüsünə start verilib ki, bu səbəbdən də çox sayda köhnə çoxmənzilli yaşayış binaları və mərkəz ərazisində olan fərdi yaşayış evlərindən ibarət yaşayış massivləri sökülərək yeni tikili binalarla əvəzlənib. Hər hansısa bir ərazilər sökülən zaman həmin çoxmənzilli yaşayış binalarında və fərdi həyət evlərində olan kirayəlik mənzillər artıq kirayə mənzil bazarına çıxmış olur. Nəticə etibarilə, onların yerinə yeni tikili binalar inşa olunduqca, bu binalardakı mənzillərin aylıq icarə qiyməti köhnələrə nisbətən 2 dəfə daha yüksək olur. Əvvəlki evlərdə alıcılar kirayə vermək məqsədilə daha çox 1 və ya 2 otaqlı mənzil alırdılar. Lakin son illər pilot layihələr üzərindən sökülən mənzillərdə yaşayan sakinlər onlara yeni tikili binalardan mənzillər verilən günə qədər ortalama 2-3 il müddətini məcburi kirayə çıxmalı olurlar. Bu səbəbdən 3-4 otaqlı mənzillərin də kirayəsinə tələb artır”.

Ekspert onu da vurğulayıb ki, tələbat daha çox köhnə tikili binalaradır:

“Onların da aylıq kirayə qiymətləri yeni tikilən binalardan ucuz və kommunal xərclərinin minimal olması kirayə mənzillərlə bağlı tələbatın daha çox belə tipli mənzillərə olmasına şərait yaradır. Vətəndaşların böyük hissəsi yatırım məqsədilə köhnə tikili binalardan mənzillər alaraq onları aylıq kirayə verir. Daha sonra həmin binalar sökülən zaman onları yerində yeni tikili mənzillər verildikcə,  onun satış qiyməti köhnəyə nisbətən 2 dəfə daha baha qiymətə təklif edilir. Bu da köhnə tikili binaların qiymətlərinin artmasına gətirib çıxarır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Dekabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri