Icma.az
close
up
RU
Bakıda avtobusda növbəti insident Video Yenilənib

Bakıda avtobusda növbəti insident Video Yenilənib

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“BakuBus” MMC-yə məxsus 172 saylı avtobusda sərnişinlər arasında əlbəyaxa dava baş verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Hadisənin ötən gün saat 17:30-da metronun “Koroğlu” stansiyasının yaxınlığında baş verdiyi bildirilir. İddialara görə, avtobusa daxil olan kişi içəridə olan digər bir sərnişinə hücum edib. Sərnişinlərin müdaxiləsindən sonra onu zorla avtobusdan endirmək mümkün olub.

Məsələ ilə “BakuBus” MMC ilə əlaqə saxladıq. Qurumdan sorğumuza belə cavab aldıq: “Ötən gün saat 17:30 radələrində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində “BakuBus” MMC-nin istismarında olan 172 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 99 JU 869 dövlət qeydiyyat nişanlı avtobusda sərnişinlər arasında insident olub.

Hadisənin ailədaxili münaqişə zəminində baş verdiyi müəyyən edilib. Nəqliyyat vasitəsini idarə edən sürücü hadisəyə operativ reaksiya göstərərək sərnişinlərin təhlükəsizliyini təmin etməyə çalışıb və ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat verib. Polis əməkdaşları qısa müddət ərzində insidentə müdaxilə edib, həmin şəxslər nəzarət altına alınaraq avtobusdan uzaqlaşdırılıb”.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə ictimai nəqliyyatda sərnişinlər arasında baş verən mübahisəni əks etdirən görüntülərlə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

Xəbəri rus dilində oxuyun: Экс-советник Януковича убит в Испании 

Qeyd edək ki, son günlər marşrut avtobuslarında analoji hadisələr tez-tez baş verir. Ötən gün paytaxtda “Çinar Trans” MMC-yə məxsus olan “King Long” markalı avtobusa (bu avtobuslar yalnız 133 və 165 saylı xətlərdə istismar edilir) bıçaqla daxil olan yaşlı qadın digər sərnişinləri hədələmişdi. Həmçinin mayın 17-də Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 May 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri