SpaceX tarixə düşdü: Kosmik gəmi havada mexaniki qollarla tutuldu
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-nin Texas ştatında yerləşən "Starbase" kosmodromunda baş verib. Təxminən 22 saatlıq uçuşdan sonra kosmik gəmi "Mechazilla" adlı buraxılış qülləsinin "yemək çubuqları" kimi tanınan mexaniki qolları ilə havada saxlanılıb.
Bu, kosmik uçuşlar tarixində orbitə çatmış kosmik gəminin buraxılış qülləsində mexaniki qollarla tutulmasının ilk nümunəsi kimi qiymətləndirilir.
"SpaceX"in 15-ci sınaq uçuşu zamanı "Super Heavy" gücləndiricisinin də Yerə təhlükəsiz qaytarılması planlaşdırılsa da, onun eniş trayektoriyasında problem yaranıb. Nəticədə gücləndirici Meksika körfəzinə yönəldilib və suya çatmadan havada partlayıb.
Bununla belə, şirkət eyni uçuş zamanı 26 yeni nəsil "Starlink V3" peykini orbitə yerləşdirib.
Qeyd edək ki, "Starship" sisteminin hər iki pilləsinin təkrar istifadəsi kosmik uçuşların maya dəyərinin azaldılması baxımından əhəmiyyət daşıyır. Bu texnologiyanın NASA-nın "Artemis" proqramı çərçivəsində Aya uçuşlarda, eləcə də "SpaceX"in Marsa insan göndərmək planlarında istifadə edilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 15 Noyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















