Icma.az
close
up
RU
Bakıda “Azerbaijan Fashion Week” moda həftəsinin 17ci mövsümünün açılışı olub AZƏRTAC

Bakıda “Azerbaijan Fashion Week” moda həftəsinin 17ci mövsümünün açılışı olub AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 10 dekabr, Günel Alıyeva, AZƏRTAC

Bakı Beynəlxalq Dəniz Vağzalının binasında “Azerbaijan Fashion Week” (AFW) 17-ci mövsümünün açılışı olub.

AZƏRTAC xəbər verir ki tədbir YARADICI Mədəniyyət və Yaradıcılıq Sənayelərinin İnkişafı Mərkəzinin dəstəyi ilə təşkil olunub. 17-ci mövsümün baş informasiya partnyoru artıq 80 ildir moda və mədəniyyət sahəsində ulduzlar və məşhurlar, parlaq hadisələrdən bəhs edən əsas beynəlxalq brend olan məşhur “Hello!” jurnalıdır. Paris Yüksək Moda Həftəsi və Milanda keçirilən “Fashion Week” nümayişlərinin iştirakçısı, top model Via Lemann AFW 2024-ün 17-ci mövsümünün rəsmi siması və səfiri olub.

“Azerbaijan Fashion Week” çərçivəsində nümayişlərin ilk günü tanınmış azərbaycanlı dizayner Ülkər Hüseynovanın kolleksiyasının təqdimatı ilə açılıb.

Sonra qazaxıstanlı dizayner Dinara Seitova “Studio 4353” brendi altında öz yaradıcılığını nümayiş etdirib. Cənubi Koreyanın “The Bailon” və “The A Story” brendləri də öz kolleksiyalarını təqdim ediblər. Xüsusilə qeyd etmək lazımdır ki, “The A Story” brendi Bakıda keçirilən COP29-da ekoloji cəhətdən təmiz materiallardan istifadəyə görə xüsusi mükafata layiq görülüb. Bu brendin müəllifi və dizayneri Kan So Andır.

Moda nümayişlərinin birinci hissəsini Gürcüstanın “Maison Keti” brendinin kolleksiyası tamamlayıb.

Top-model Via Lemannın sözlərinə görə, “Baku Fashion Week”in siması olmaq təklifini böyük maraqla qəbul edib. “Agentlərim “Azerbaijan Fashion Week”də iştirak etmək təklifi alanda dərhal razılaşdım. Mən çoxdan Bakıya qayıtmaq istəyirdim, çünki bu şəhər öz gözəlliyi və ab-havası ilə məni heyran edib”, - deyə Via Lemann qeyd edib.

Model etiraf edib ki, “backstage”də bir çoxu onda güclü təəssürat yaradan dizaynerlərin kolleksiyaları ilə tanış olmaq imkanı əldə edib. “Həftəni açdığım Ülkər Hüseynovanın kolleksiyası həqiqətən unikaldır. Onun geyimində podiuma çıxmaq böyük zövq idi”, - deyə o bölüşüb.

Lemann onu da qeyd edib ki, Bakıya hər səfəri onda xoş xatirələr yaradır.

“Bu, mənim Bakıya ikinci səfərimdir və yerli sakinlərin qonaqpərvərliyinə bir daha heyran oldum. Şəhər mənə Xəzər dənizinin sahilində yerləşən balaca Parisi xatırladır - rahat küçələri, memarlığı və unikal ab-havası ilə”, - deyə model bəhs edib.

Nümayişlərin ikinci hissəsində “Manzar Zekizade Fashion School” moda məktəbinin Azərbaycan dizaynerlərinin, Rusiyanın “Rina Collection” brendinin və özbək dizayner Şahzoda Muhammedovanın kolleksiyaları təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 01:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see328

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see267

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see247

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see209

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see208

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see176

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see149

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see142

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see137

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see137

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see134

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see129

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see127

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see126

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see125

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see125

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see124

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see123

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see123

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri