Icma.az
close
up
RU
Bakıda azərbaycanlı milyarderin adı keçən beynəlxalq korrupsiya işi araşdırılır Fransa vətəndaşı hakim qarşısında

Bakıda azərbaycanlı milyarderin adı keçən beynəlxalq korrupsiya işi araşdırılır Fransa vətəndaşı hakim qarşısında

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sabah, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Fransa vətəndaşı Anass Derrazın cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək. Həbsinə qədər o, Fransanın milyardlarla dollar dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti olub.

Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə şahidlərin dindiriləcəyi gözlənilir. Anass Derraz Fransa vətəndaşıdır. O, azərbaycanlı milyarder Fərhad Əhmədovun adı keçən beynəlxalq korrupsiya işi üzrə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanıb. Barəsində cinayət işi DTX-da istintaq olunub. Anass Derraz cinayət yolu ilə əldə edilən milyonlarla vəsaiti leqallaşdırmaqda və külli miqdarda rüşvət almaqda ittiham olunur.

İş üzrə ötən prosesdə təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb. O bildirib ki, Fərhad Əhmədova müqavilə əsasında kömək edib, müqavilə əsasında ona işləri ilə bağlı məsləhətlər verib: "Mən ixtisasca mühəndis olsam da, insanlara hüquqi və texniki yardım kimi xidmətlər göstərmişəm. Fərhad Əhmədovun yaxtasının həbsdən azad edilməsi ilə bağlı görüşlərim olub. Mənim missiyam yaxtanın həbsdən azad edilməsi ilə bağlı aparılan işlərdə koordinasiyanı təmin etmək idi. Mən şirkətin mandatlı nümayəndəsi idim. Həmin mandatı istintaqa da, məhkəməyə də təqdim etmişəm".

Anass Derraz qeyd edib ki, Fərhad Əhmədovun yaxtasının üzərindən həbs götürülsəydi, qonorar alacaqdı: "Lakin işlər biz deyən kimi olmadı, məhkəmə yaxtanı azad etmədi. Hər ikimizin ortaq dostlarımız vardı. Onların sayəsində bir-birimizi tanıdıq. Sonra yaxta ilə bağlı söhbət etdik və görüləcək işlərlə bağlı müqavilə imzaladıq. Müqaviləyə əsasən, hüquqi, texniki və maliyyə məsələlərini həll etməliydim". Təqsirləndirilən şəxsin sözlərinə görə, Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benallanı Dubayda çoxları tanıyırmış: "Onunla hər hansı biznesim olmayıb. Benalla da Fransa Administrasiyasından çıxarılandan sonra Dubayda hüquqi işlərlə məşğul olurdu. Fərhad Əhmədovun yaxtasının azad olunması ilə bağlı işə o da qoşulmuşdu". Daha sonra prosesdə Anass Derrazın istintaqa verdiyi ifadəsi elan olunub. Təqsirləndirilən şəxs həmin ifadəsində bildirib ki, Aleksandr Benalla Mərakeş əsilli Fransa vətəndaşıdır: "2018-ci ilin oktyabrında London Məhkəməsi tərəfindən milyarder Fərhad Əhmədovun yaxtasına həbs qoyulduğunu mənə dostlarım vasitəsilə bildirdilər. Məndən kömək istədilər, pul müqabilində kömək edə biləcəyimi dedim. Benalla özü də danışıq zamanı nüfuzundan istifadə edərək yaxtanı azad edəcəyini bildirdi. Mənim bu işdə vəzifəm vəkil tapmaq, yerli adamlarla tanış olmaq idi. Dedilər ki, gəminin bir ay sahildə qalması bir milyon dollar edir. Oteldə görüşüb müqavilə imzaladıq. Bizim işimiz ondan ibarət idi ki, yaxtanın üzərinə qoyulan həbsi götürərək beynəlxalq sularda üzməsini təmin edək. Müqaviləyə əsasən, bu işlərə görə Fərhad Əhmədov 6 milyon 140 min dollar ödəməliydi. Mənə dedilər ki, 1 milyon sənə veriləcək. Lakin mən razılaşmadım, 2 milyon 250 min dollar mənə, 3 milyon 290 min dollar isə Benallaya verilməli idi. İlkin olaraq, mənə 200 min dollar, Benallaya isə 400 min dollar çatdı. İş tamamlanmadığıüçün qalan pul verilmədi. Müqaviləyə əsasən mən nüfuzlu şəxslərlə əlaqə yaradaraq yaxtanın azad olunması ilə bağlı danışıqlar aparmalı, həmçinin hüquqi işlərlə bağlı vəkillərlə danışmalıydım. Benalla ilə ancaq telefon vasitəsilə əlaqə saxlamışam. O da öz nüfuzundan istifadə edərək yaxtanın azad edəcəyini deyirdi. Mətbuatdan oxuduğuma görə, Benalla Rusiyada yaşayan milyarder İsgəndər Mahmudovdan külli miqdarda rüşvət aldığı üçün məsuliyyətə cəlb olunub".

Təqsirləndirilən şəxs bildirib ki, Benallaya köçürülən 400 min dollar bank əməkdaşları tərəfindən şübhəli hesab olunduğundan imtina edilib: "Pulun mənbəyini soruşduqda Benalla Fərhad Əhmədova məxsus yaxtanın azad edilməsi üçün vəsaitin olduğunu bildirib. Bank əməkdaşları internetdə yaxtanın həbsdə olmadığını gördükləri üçün əməliyyatdan imtina ediblər. Amma mənə köçürülən 200 min dolların mənbəyini bildirdiyim üçün bankda problem yaranmadı".

İttihama görə, Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının həbsdən azad ediləcəyini, beynəlxalq sularda üzməyini təmin edəcəklərini bildiriblər. Bundan başqa, tərəflər Fərhad Əhmədovun özünün sanksiyalardan qorunacağı vədini veriblər.

Ümumilikdə, onlar arasında 6 milyon 140 min dollar rüşvət verilməsi ilə bağlı razılıq əldə edilib.

İstintaq sənədlərinə görə, 15 noyabr 2018-ci ildə 600 min ABŞ dollarını, gəminin üzərindən həbs götürüldükdən sonra isə 15 gün ərzində 5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar. Hər iki tərəf arasında məsləhət müqaviləsi imzalanıb.

F.Əhmədov Anass Derrazın “AL HILAL BANK”dakı hesabına 200 min dollar və Aleksandr Benallanın “Bank of Africa United Kingdom PLC SC PAR”dakı hesabına 400 min dollar köçürüb. Anass Derraz Benallanın Fərhad Əhmədovdan rüşvət almasına kömək etməkdə ittiham olunur. Qeyd edək ki, Annas Derraz 1984-cü ildə Mərakeşdə anadan olub, Fransa Respublikasının və Mərakeş Krallığının vətəndaşıdır. O, “SAUR” şirkətinin vitse-prezidentidir. Şirkət Dubayda qeydiyyatdan keçib.

DTX tərəfindən Anass Derraza qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) - külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Verilən ittihamlar məhkəmə istintaqında sübuta yetirilərsə, Anass Derraz 8 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Annas Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İnterpola müraciət olunub. İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək, onu 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib.

İnterpolun Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbərini “Red Notice” (“Qırmızı bülleten”) əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. “Qırmızı bülleten” şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. Aleksandr Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see182

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see169

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see169

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see137

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see136

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see135

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri