Icma.az
close
up
RU
Fərhad Əhmədovdan milyonlarla rüşvət... Fransa vətəndaşı Bakıda məhkəmə qarşısında

Fərhad Əhmədovdan milyonlarla rüşvət... Fransa vətəndaşı Bakıda məhkəmə qarşısında

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Azərbaycan əsilli milyarder Fərhad Əhmədovun adı keçən beynəlxalq korrupsiya işi üzrə Fransa vətəndaşı Anass Derraz Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Bakıda məhkəmə qarşısına çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, “SAUR” şirkətinin vitse-prezidenti olan Derraz, cinayət yolu ilə əldə edilən milyonlarla vəsaiti leqallaşdırmaqda və külli miqdarda rüşvət almaqda ittiham olunur.

Derraz həbsdə deyil. Onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda Anass Derrazın anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr həyata keçirilib. O, dövlət hesabına həm fransız, həm ingilis dili üzrə tərcüməçi ilə təmin edilib, müdafiə hüquqlarını həyata keçirməsi üçün lazımi imkanlar yaradılıb.

Proses açıq şəkildə aparılır. Məhkəmə iclasında media nümayəndələri iştirak ediblər.

Derraz barəsindəki cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edib:

“11 aydır Bakıdayam, işləmirəm. Övladlarım da Dubaydadır, onları görməyə getmək istəyirəm”.

Məhkəmə müşavirədən sonra cinayət işinə xitam verilməsi üçün əsaslar olmadığını elan edib, həmçinin seçilmiş qətimkan tədbiri dəyişdirilməyib və işin baxışa verilməsi qərara alınıb.

Baxış iclası iyulun 3-nə təyin edilib. Məhkəmə istintaqı açıq keçiriləcək.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Anass Derrazın adı Fransa prezidentinin sabiq mühafizə rəhbəri Aleksandr Benalla ilə birlikdə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədova qarşı həyata keçirilmiş korrupsiya sxemi ilə əlaqələndirilir. İttihamlara görə, 2018-ci ildə bu şəxslər Fərhad Əhmədovdan sanksiyalardan qorunması və yaxtasının həbsdən azad olunması qarşılığında külli miqdarda rüşvət alıblar.

İstintaq sənədlərinə əsasən, Əhmədov tərəfindən köçürülən milyonlarla dollar vəsait Anass Derrazın “Al Hilal Bank”dakı, Benallanın isə “Bank of Africa United Kingdom”dakı hesablarına oturdulub.

A.Derraz Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb olunub, ölkədən çıxışına qadağa qoyulub. Aleksandr Benalla barəsində isə Azərbaycanın sorğusu əsasında beynəlxalq axtarış elan edilib.

Belə ki, İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib. Qərarın əsası Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub. İnterpolun Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri A.Benallanı ən ciddi hüquqi əsas olan “Red Notice” (“Qırmızı bülleten”) əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. “Qırmızı bülleten” şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur.

Sail Ağasəlim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 İyun 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri