Icma.az
close
up
RU
Bakıda AzərbaycanRusiya İşgüzar Şurasının növbəti iclası keçirilib

Bakıda AzərbaycanRusiya İşgüzar Şurasının növbəti iclası keçirilib

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti iclası keçirilib.
Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Tədbirdə rəsmi şəxslərlə yanaşı, Şuranın iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, maşınqayırma, neft-kimya, bank sektoru, logistika və digər sahələrdə fəaliyyət göstərən 90-dan artıq qurum və təşkilat üzvü iştirak edib.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında əməkdaşlığın inkişafını vurğulayıb, iqtisadi - ticarət əlaqələrinin şaxələndirilməsi kontekstində Azərbaycan - Rusiya İşgüzar Şurasının tərəfdaşlıq mexanizminin əhəmiyyətini qeyd edib. Bildirilib ki, birgə investisiya layihələrinin həyata keçirilməsi və ikitərəfli ticarət potensialının reallaşdırılması istiqamətində görülən işlər işgüzar dairələr arasında əlaqələri daha da möhkəmləndirir ki, bu da hər iki ölkənin iqtisadi inkişafına töhfə verir.
İki ölkənin biznes dairələri tərəfindən yaradılmış Azərbaycan - Rusiya İşgüzar Şurasının fəaliyyəti barədə məlumat verən Səməd Qurbanov qurum tərəfindən iki ölkə arasında ticarət və işgüzar əlaqələrin inkişafı, Azərbaycan biznes ictimaiyyətinin maraqlarının dəstəklənməsi istiqamətində görülən işlər barədə danışıb.
İclasın gündəliyinə uyğun olaraq, Şuranın İdarə Heyətinə seçkilər keçirilib, Azərbaycan - Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri "Agalarov Development" şirkətinin təsisçisi Emin Ağalarov, sədrin müavinləri isə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və "Nardaran Invest" MMC-nin direktoru Qəmbər Bənənyarlı seçiliblər.
Şuranın yeni seçilmiş İdarə Heyətinin sədri Emin Ağalarov sahibkarlar arasında biznes dialoqun intensivləşdirilməsi və hər iki ölkənin işgüzar dairələri üçün tərəfdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində Şuranın fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Tədbirdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə Səməd Qurbanova Fəxri Fərman təqdim edilib.
Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən İşgüzar Şura Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi, Rusiya - Azərbaycan İşgüzar Şurası və iki ölkənin digər dövlət qurumları və müvafiq ictimai təşkilatlarla fəal əməkdaşlıq edir.
Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://demokrat.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2025-ci il bayram tətil günləri: Novruz, Ramazan və Qurban bayramı tarixləri açıqlandı

14 Mart 2025 00:31see776

Taksi qiymətləri artacaq?

13 Mart 2025 18:47see256

Zaur Paşayevlə bacarmadıq Lənkəran ın baș məşqçisi

14 Mart 2025 02:37see122

Bakının hansı küçələrində sıxlıq var? 14.03.2025

14 Mart 2025 08:21see115

Pekində İranın nüvə problemi ilə bağlı iclas başladı

14 Mart 2025 08:36see114

İnsan beyin hüceyrələrindən kompüter hazırlanıb

14 Mart 2025 21:02see114

Bako Sahakyan: Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” kimi silahlar olmayıb

14 Mart 2025 16:01see113

ABŞ nin atəşkəs təklifi: Sülh, yoxsa strateji hesab?

13 Mart 2025 18:31see112

Haber Global da Türkiyənin əsas silah tədarükçülərinin adları açıqlanıb

13 Mart 2025 17:41see112

Fransaya casusluqda ittiham edilən şəxs: Mənə palçıq vulkanları tərəfdə görüşməyi təklif etdi

13 Mart 2025 18:44see112

Əgər lazımi miqdarda su içilməsə,... ŞƏRH EDİLDİ

13 Mart 2025 16:21see111

Gözyaşı axarının bərpası məqsədi ilə 234 oftalmoloji əməliyyat icra olunub

13 Mart 2025 17:18see110

İstəyərdim ki, U 21 millisinə namizəd bir çox futbolçular mənimlə işləsin

15 Mart 2025 00:01see110

Yekun sülh müqaviləsi ilə bağlı MÜHÜM DETALLAR: “Ən azı 2026 cı ilə qədər…” KONKRET

14 Mart 2025 16:32see109

Azərbaycan qadını ərindən buna görə BOŞANIR?

14 Mart 2025 20:58see107

Noutbukunuz islanarsa, dərhal bunları edin Vacib addımlar

14 Mart 2025 04:05see106

Evində ölü tapılan Hollivud ulduzu milyonluq sərvətini övladlarına miras qoymayıb

15 Mart 2025 05:18see105

100 il yaşamaq üçün bu 2 analizə diqqət...

15 Mart 2025 02:05see105

Aleyna Tilkiyə şantaj qalmaqalı: Göndərilən mesaj üzə çıxdı

14 Mart 2025 04:01see105

Kobaxidze: “Zurabişvili Zelenskini bizə nümunə göstərirdi”

13 Mart 2025 12:52see104
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri