Fanatlar Coşuanın qəzada həlak olan məşqçisinin şərəfinə məscid tikmək üçün pul toplayıblar
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
SPOT Project təşkilatı boks üzrə keçmiş dünya çempionu Entoni Coşuanın məşqçisi Kevin Ayodelenin şərəfinə məscid tikmək üçün bir gündə 180.000 dollardan çox pul toplayıb.
İdman.Biz-in xəbərinə görə, bu barədə məlumatı TMZ yayıb.
Ayodele dekabrın 29-da Nigeriyada baş verən ölümcül avtomobil qəzasında həlak olub. Qəza nəticəsində Entoninin digər məşqçisi Sina Qami də ölüb.
“Latz təkcə idmana və sağlam həyata sədaqətinə görə deyil, həm də xeyriyyəçiliyə dərin sadiqliyinə və axirət həyatını daim xatırlamasına görə cəmiyyətdə geniş hörmət qazanıb.
Onun müntəzəm ziyarətləri SPOT-dan olan yetimlərə və uşaqlarına dərin təsir bağışlayıb. O, həmişə isti təbəssümlə orada olub, onlarla səmimi əlaqələr qurub. O, uşaqları idmana təşviq edir və qayğı ilə dəstəkləyirdi”, - ianənin toplanması ilə məşğul olan veb saytda bildirilir.
Xatırladaq ki, qəza Laqos-İbadan magistral yolunda baş verib. İçində Coşuanın da olduğu “Lexus” markalı yolsuzluq avtomobili yolda park edilmiş yük maşınına çırpılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 31 Dekabr 2025 07:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















