Rusiya XİN: Rusiya Aİ münasibətləri Avropa Komissiyasının tərkibi dəyişdikdən sonra yenidən formalaşa bilər
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyasətindən özü də zərər çəkir və Rusiya–Aİ dialoqu tam itirilməyib.
APA xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə Rusiyanın Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin rəhbəri Vladislav Maslennikov açıqlama verib.
Onun sözlərinə görə, münasibətlər Avropa Komissiyasının tərkibi dəyişdikdən sonra yenidən formalaşa bilər.
“Rusiya ilə Aİ arasında dialoqun birdəfəlik itirildiyini düşünmürəm. Avropa Komissiyası həmişə müəyyən müddətə seçilir”, – deyə diplomat bildirib.
Onun sözlərinə görə, hazırkı Avropa Komissiyasının da “müddəti” var və bu dövr başa çatdıqdan sonra qurum yeni tərkib alacaq.
Maslennikov vurğulayıb ki, gec-tez Aİ liderləri yanaşmalarını yenidən nəzərdən keçirməli olacaqlar, çünki Rusiya Avropa qitəsində qonşu olaraq qalır və bu reallıq dəyişməyəcək.
Baxış sayı:58
Bu xəbər 31 Dekabr 2025 06:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















