Bakıda bağ evində FACİƏLİ ÖLÜM
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda bağ evində ölüm hadisəsi baş verib.
Moderator.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Rayon ərazisində yerləşən bağ evlərindən birində ölüm hadisəsinin olması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Araşdırmalar nəticəsində məlum olub ki, Salyan rayon sakini, 1981-ci il təvəllüdlü Kamil Yasib oğlu Məmmədov bağban işlədiyi Dübəndi bağlar sahəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

