Icma.az
close
up
RU
Bakıda belə hadisə olmamışdı: ilk dəfədir Taksidə…

Bakıda belə hadisə olmamışdı: ilk dəfədir Taksidə…

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, bir qədər əvvəl Bakıda BYD markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Qəza zamanı avtomobildə olan sərnişin Sevda Həşimova bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov qeyri-adekvat hərəkətlər edib.

Hadisə sürücülərlə bağlı bir sıra məsələləri gündəmə gətirib. Məsələn, onların psixoloji problemlərinin olması, narkotikin təsiri ilə avtomobil idarə etməsi və sair vətəndaşlara qaranlıq qalan tərəflərdir. Təəssüf ki, bununla bağlı ciddi nəzarət tədbirləri də görülmür. Paralel olaraq, avtobus sürücüləri barədə vəziyyətin də oxşar olduğu bildirilir.

Bu problemlər necə həll edilə bilər?

Globalinfo.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli deyib ki, sonuncu hadisə Bakıda bir ilkdir:

“Bu məsələlərlə əlaqəli tənzimləyici mexanizm yoxdur. Yəni sürücülük vəsiqəsini almış şəxs nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir. Onun yenidən hansısa psixoloji, narkoloji testlərə cəlb olunması prosesi mümkünsüzdür və bu, tələblər sırasında deyil. Sürücülük vəsiqəsi varsa, vətəndaş anlaqlı vəziyyətdədirsə və sağlamlıq arayışı təqdim edirsə, bu, ona işləmək hüququ verir. Artıq onun residivist olması, həbs həyatı yaşaması, vaxtilə həyatında cinayət əməllərinin olması şəxsi bu hüquqdan məhrum etmir. Sadəcə şirkətlərin öz psixoloqları olmalıdır. Öz həkimləri komissiya tərtib etməli, işə qəbulla bağlı müstəsna yanaşmalar ortaya qoymalıdır”.

İlqar Hüseynli

Ekspert bildirib ki, taksi xidmətini həyata keçirən insanların böyük əksəriyyəti son variant kimi bu işi tapırlar:

“Hətta ali təhsil alanların çoxu əlçatanlığa görə taksi xidməti ilə məşğul olurlar. Vətəndaşların əmək hüququnu məhdudlaşdırmaq da qanunvericiliklə ziddiyyət təşkil edir. Burada tənzimləmə mexanizminin nədən ibarət olduğunu konkret söyləmək çətindir. Amma hər bir şirkətin daxili intizam və etik davranış kodeksini müəyyənləşdirməsi vacibdir. İşəgötürən və vətəndaş arasında öhdəliklərlə bağlı sənəd imzalanmalıdır”.

Günay Rəsulqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Aprel 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yekun sülh sazişinə gedən yolda növbəti siyasi addım

11 Avqust 2026 16:39see392

Livan İsrail danışıqları niyə uzadılır? AÇIQLAMA

11 Avqust 2026 14:39see332

Aktyordan qızı ilə fotolar

11 Avqust 2026 13:31see326

“Tam məsuliyyətimlə deyirəm, bu gün Azərbaycan kinosu...” Eldəniz Quliyevlə gündəm MÜSAHİBƏSİ

11 Avqust 2026 17:17see303

Prezident ordunu ayağa qaldırdı Fövqəladə vəziyyət elan olundu

11 Avqust 2026 01:56see254

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see251

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see249

“Moody’s” ölkəmizin kredit reytinqini yüksək dəyərləndirib

10 Avqust 2026 19:00see240

Nijnekamsk şəhərinə edilən dron hücumunda ölən Özbəkistan vətəndaşlarının sayı səkkizə çatıb

11 Avqust 2026 07:57see239

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see225

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

11 Avqust 2026 01:45see223

Baş nazirin yemiş zarafatı Avstraliyanı qarışdırdı Üzr istəmədi

11 Avqust 2026 15:39see220

Samsung bu modüllərlə yollarını ayırır: SİYAHI

11 Avqust 2026 02:24see218

Avqustun 12 də nə baş verəcək?

11 Avqust 2026 02:17see205

BİZİM TƏQVİM:11 avqustda baş vermiş tarixi hadisələr

11 Avqust 2026 08:03see203

Arsenal 3 futbolçusunu satmaq istəyir

11 Avqust 2026 08:21see202

Elektrik enerjisi ilə də Avropa bazarına çıxmaq istəyirik Prezident

11 Avqust 2026 23:00see199

“Agentstvo“: Vyanada 20 Rusiya diplomatı xüsusi xidmətlərlə bağlıdır

10 Avqust 2026 23:05see199

Zukerberq süni intellektin mərkəzləşdirilməsindən imtina etməyə çağırıb

11 Avqust 2026 07:49see198

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

12 Avqust 2026 03:42see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri