Icma.az
close
up
RU
Bakıda bəzi binalara tamamilə istilik VERİLMƏYƏCƏK SƏBƏB

Bakıda bəzi binalara tamamilə istilik VERİLMƏYƏCƏK SƏBƏB

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı şəhəri, metronun "Xalqlar Dostluğu" stansiyası, Bəhruz Nuriyev küçəsi, 23 ünvanında yerləşən binanın sakinləri "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətindən (ASC) şikayətçidirlər. Oxu.Az-a müraciət edən sakinlər bildiriblər ki, binada yerləşən 24 mənzilin sahiblərinin borcu olduğu üçün sözügedən ünvanda yaşayan digərləri də istiliklə təmin edilməyəcəklər.

Sakinlər borc məlumatlarının qurum tərəfindən binanın qarşısına asılmasını da doğru hesab etməyiblər.

Məsələ ilə bağlı Oxu.Az "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə (ASC) sorğu ünvanlayıb.

Qurumun mətbuat katibi Elvin Basqallı sorğumuza cavab olaraq bildirib ki, borcu olan şəxslərin fərdi qaydada mənzillərində istilik təminatının dayandırılması mümkün deyil:

"Bir çox binaların önündə elanlar vurulub, mənzil sahiblərinə xəbərdarlıq edilib ki, borclar ödənilsin. Borclar ödənilməlidir ki, keyfiyyətli istiliklə davamlı təminat həyata keçirilsin. Qeyd edək ki, əgər binanın əksər sakinləri xəbərdarlıqlara əhəmiyyət verməyib uzun müddət ödənişdən yayınırlarsa, belə olan halda müəyyən müddətdən sonra binanın istilik sisteminin işi dayandırılır. Fərdi qaydada mənzillərin istilik təminatının dayandırılması mümkün olmadığına görə ümumi binanın istilik sistemi borclar ödənilənə qədər işləmir".

E.Basqallı vətəndaşların borc məlumatlarının paylaşılması məsələsinə də aydınlıq gətirib:

"Borc məlumatlarının paylaşılmasında məqsəd ondan ibarətdir ki, həmin binanın sakinləri bilməlidirlər ki, niyə onlar istilik ala bilməyəcəklər. Sakinlər borclarını ödəməlidirlər ki, binadakı digər sakinlərin də istiliklə təminatında problem yaşanmasın".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://pravda.az
archiveBu xəbər 07 Noyabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see174

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see133

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see130

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see130

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see126

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see124

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see124

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see122

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see117

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see117

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see115

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see114

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see113

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see113

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see113

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see113

Azərbaycan özündən 4 dəfə balaca Antalyadan geridə qalır: Niyə? İqtisadçı

01 İyun 2025 08:02see112

Rusiya və Ukraynanı bir araya gətirmək üçün... Ərdoğan

31 May 2025 22:59see112

Ağ Ev: ABŞ İrana nüvə proqramı ilə bağlı “məqbul təklif” təqdim edib

01 İyun 2025 07:07see112

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri