Icma.az
close
up
RU
Bəzi binalara istilik verilməyəcək Səbəb

Bəzi binalara istilik verilməyəcək Səbəb

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhəri, metronun “Xalqlar Dostluğu” stansiyası, Bəhruz Nuriyev küçəsi, 23 ünvanında yerləşən binanın sakinləri “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətindən (ASC) şikayətçidirlər.

Sakinlər bildiriblər ki, binada yerləşən 24 mənzilin sahiblərinin borcu olduğu üçün sözügedən ünvanda yaşayan digərləri də istiliklə təmin edilməyəcəklər. Sakinlər borc məlumatlarının qurum tərəfindən binanın qarşısına asılmasını da doğru hesab etməyiblər.

Globalinfo.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlama verən Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Elvin Basqallı borcu olan şəxslərin fərdi qaydada mənzillərində istilik təminatının dayandırılmasının mümkün olmadığını bildirib.

“Bir çox binaların önündə elanlar vurulub, mənzil sahiblərinə xəbərdarlıq edilib ki, borclar ödənilsin. Borclar ödənilməlidir ki, keyfiyyətli istiliklə davamlı təminat həyata keçirilsin. Qeyd edək ki, əgər binanın əksər sakinləri xəbərdarlıqlara əhəmiyyət verməyib uzun müddət ödənişdən yayınırlarsa, belə olan halda müəyyən müddətdən sonra binanın istilik sisteminin işi dayandırılır. Fərdi qaydada mənzillərin istilik təminatının dayandırılması mümkün olmadığına görə ümumi binanın istilik sistemi borclar ödənilənə qədər işləmir”.

E.Basqallı vətəndaşların borc məlumatlarının paylaşılması məsələsinə də aydınlıq gətirib:

“Borc məlumatlarının paylaşılmasında məqsəd ondan ibarətdir ki, həmin binanın sakinləri bilməlidirlər ki, niyə onlar istilik ala bilməyəcəklər. Sakinlər borclarını ödəməlidirlər ki, binadakı digər sakinlərin də istiliklə təminatında problem yaşanmasın”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Noyabr 2024 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

13 İyul 2026 13:30see648

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

13 İyul 2026 15:43see397

Tarixdə 1 milyard dollar gəlir gətirən ilk bioqrafik film oldu “MAYKL” REKORD VURDU

13 İyul 2026 03:31see319

“Barselona” Fermin Lopeslə bağlı şad xəbər aldı

13 İyul 2026 05:14see293

13 19 iyul tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

13 İyul 2026 00:18see256

Tarkan xanımı və qızı ilə

13 İyul 2026 00:46see251

Avtomobili insanların üzərinə sürdü, ölənlər var

13 İyul 2026 03:51see250

İrəvanda silahlı ATIŞMA olub TƏCİLİ

13 İyul 2026 01:23see225

Baloqunun cəzasını təkbaşına ləğv edib FIFA da qalmaqallı qərar

13 İyul 2026 01:50see211

Bakıda ev qiymətinə telefon nömrələri satışa çıxarılır

13 İyul 2026 05:56see204

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see190

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see188

Yalan danışanlar özlərini bu cümlələrlə ələ verir

13 İyul 2026 05:14see178

Elektrikli avtomobillərdə 5 dəqiqəyə enerji doldurma dövrü yaxınlaşır

13 İyul 2026 05:31see173

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see170

Fənərbaxça dan 45 milyonluq transfer

13 İyul 2026 07:06see167

SEPAH: İran ABŞ nin Küveytdəki bir neçə hərbi obyektini məhv edib

13 İyul 2026 07:33see163

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see161

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see156

Dondurma dadında banan

13 İyul 2026 18:44see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri