Icma.az
close
up
RU
Bakıda BMMT nin Elm və Təhsil Komitəsinin 8 ci iclası və beynəlxalq konfrans keçirilib

Bakıda BMMT nin Elm və Təhsil Komitəsinin 8 ci iclası və beynəlxalq konfrans keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 3 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Elm və Təhsil Komitəsinin 8-ci iclası və iclas çərçivəsində “Avtomobil konstruksiyasında dövri dəyişikliklər və qəza-xilasetmə problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans təşkil olunub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, komitənin 8-ci iclası təhsil fəaliyyətinin inkişafı üçün əlaqələndirilmiş yanaşmaları inkişaf etdirmək, o cümlədən üzv dövlətlərə əlçatanlığı genişləndirmək və xərcləri azaltmaq üçün yeni təlim formatlarının müəyyənləşdirilməsi, sertifikatlaşdırma mexanizmlərinin, keyfiyyətin monitorinqinin və bilik bazasının inkişafının müzakirəsi, habelə müntəzəmliyi və praktiki effektivliyi təmin edəcək davamlı formatın hazırlanması məqsədilə təşkil olunub.

Konfransın keçirilməsində isə əsas məqsəd müasir avtomobil konstruksiyalarında baş verən dəyişikliklərin qəza-xilasetmə işlərinə təsirinin araşdırılması, elektromobillərin bu sahədə yaratdığı yeni çağırışların, yanğın-təhlükəsizlik məsələlərinin təkmilləşdirilməsinin müzakirəsi və beynəlxalq təcrübənin öyrənilməsi olub.

Tədbirlərdə Azərbaycan, Qazaxıstan və Rusiya Fövqəladə Hallar nazirliklərinin, eyni zamanda, ölkəmizin aidiyyəti dövlət qurumlarının məsul şəxsləri, Rusiya-Serbiya Humanitar Mərkəzinin nümayəndələri, nüfuzlu ali təhsil müəssisələrinin, həmçinin respublikamızın və xarici dövlətlərin bu sahədə ixtisaslaşmış mərkəzlərinin mütəxəssisləri iştirak ediblər.

Əvvəlcə, Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun tədbir iştirakçılarına müraciəti səsləndirilib. Müraciətdə müasir texnoloji həllərin fövqəladə hallarla daha çevik və effektiv mübarizə aparmaq üçün açdığı yeni imkanlardan danışan nazir, eyni zamanda, avtomobil sənayesinin və ekoloji cəhətdən təmiz texnologiyaların inkişafının təhlükəsizlik üsullarını təkmilləşdirməyi, yüksək səviyyəli mütəxəssislərin hazırlanmasını və fövqəladə xilasetmə əməliyyatlarının çevik aparılmasını tələb etdiyini vurğulayıb.

Konfransın əhəmiyyətinə toxunan fövqəladə hallar naziri burada aparılan müzakirələrin və səsləndirilən təkliflərin beynəlxalq əməkdaşlığın inkişafına, o cümlədən xilasedicilərin hazırlanması, təcrübə mübadiləsi və qəza-xilasetmə işlərinin təşkili sahələrində BMMT ilə əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyinə əminlik ifadə edib, uğurlar arzulayıb.

Tədbirdə BMMT-nin Baş katibi Ərgüc Kələntərli videokonfrans formatında salamlama nitqi ilə çıxış edib. O, müasir texnoloji yeniliklərin mülki müdafiə xidmətlərinin praktiki ehtiyacları ilə birləşdirilməsinin əhəmiyyətindən danışıb, vahid təlim standartlarının və formatlarının işlənib hazırlanmasının, tədqiqat proqramının formalaşdırılmasının və bunların həyata keçirilməsi mexanizmlərinin tətbiqinin vacibliyini vurğulayıb. Qeyd edib ki, BMMT Katibliyi bu sahələr üzrə müfəssəl materiallar hazırlayıb, tədbir iştirakçılarının müzakirəsinə təqdim edəcək. Baş katib tədbirin elmi və təhsil ekosisteminin inkişafında irəliyə doğru birgə addım olacağına əminlik ifadə edib və iştirakçılara uğurlar arzulayıb.

Konfransın plenar iclasında müxtəlif mövzularda məruzələr dinlənilib. Çıxışlarda elektrik və hibrid avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin, litium-ion batareyalarının yaratdığı yanğın təhlükəsinin, xilasetmə əməliyyatlarında robototexnika və dronlardan istifadə imkanlarının, elektromobillərin infrastrukturunda yanğın təhlükəsizliyi tədbirlərinin, həmçinin bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyəti xüsusi qeyd olunub.

Tədbirdə geniş fikir mübadiləsi aparılıb, avtomobil təhlükəsizliyi və qəza-xilasetmə sahəsində əməkdaşlığın daha da gücləndirilməsi barədə təkliflər səsləndirilib. Konfransın sonunda məruzəçilərə sertifikatlar təqdim olunub.

Sonra konfrans iştirakçıları akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, ali təhsil müəssisəsinin fəaliyyətini əks etdirən muzey və fənn kabinetləri ilə tanış olublar.

Bundan əlavə, konfrans çərçivəsində qəza-xilasetmə əməliyyatlarının praktiki nümayişi olub. Təcrübə məşqlərində müasir texnologiyalardan istifadə etməklə qəza nəticələrinin aradan qaldırılması üzrə real vəziyyətlər modelləşdirilib.

Konfrans çərçivəsində iştirakçılar, həmçinin akademiyada “Müasir dövrdə elektromobillərin istifadəsi və təhlükəsizlik problemləri” mövzusunda təşkil edilmiş sərgi ilə də tanış olublar.

BMMT-nin Elm və Təhsil Komitəsinin 8-ci iclası isə oktyabrın 2-də keçirilib. İclasda yeni tədris formatları, standartlaşdırma və keyfiyyətin qiymətləndirilməsi mexanizmləri də daxil olmaqla, BMMT-nin təhsil sisteminin gələcək inkişafına dair məruzələr dinlənilib, səmərəli müzakirələr aparılıb.

Sonra tədbir iştirakçıları FHN Akademiyasında dərs otaqları, təlim-tədris yanğın hissəsi, peşə hazırlığı poliqonu və məşqlər zamanı istifadə edilən müasir xüsusi texnikalarla tanış olub, kursantların müxtəlif xarakterli fövqəladə halların qarşısının alınması üzrə praktiki məşğələlərini izləyiblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see229

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri