Icma.az
close
up
RU
Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib Nələr müzakirə olunub?

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib Nələr müzakirə olunub?

Icma.az bildirir, Mia.az portalına istinadən.

İyunun 11-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

Mia.az xəbər verir ki, Komitənin sədri Anar İsgəndərov iclasda bir məsələnin – “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəyə təqdim edildiyini söyləyib.

Komitə sədri ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olan qanun layihəsinin təhsil sahəsinin daha da inkişafı baxımından önəmli olduğunu bildirib.

Sonra parlament Aparatının Sosial qanunvericilik şöbəsinin Humanitar məsələlər üzrə qanunvericilik sektorunun müdiri Şahin Quliyev qanun layihəsinin mahiyyəti haqqında məlumat verib. O, ölkə Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının müvafiq müddəasında məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri əsasında əhatəliliyin artırılmasının nəzərdə tutulduğunu deyib. Habelə qeyd edib ki, hazırda məktəbəqədər yaşlı uşaqların təhsili yalnız məktəbəqədər təhsil müəssisələrində deyil, həm də məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumtəhsil məktəblərində və uşaqlar üçün icma əsaslı təlim qruplarında həyata keçirilir. Bununla yanaşı, ölkəmizdə fəaliyyət göstərən bəzi özəl uşaq inkişaf mərkəzlərində məktəbəqədər yaşlı uşaqların təhsili praktikası mövcuddur.

Diqqətə çatdırılıb ki, məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması məqsədilə “Təhsil haqqında” Qanunun 18.5-ci maddəsində məktəbəqədər təhsilin həyata keçirildiyi müəssisələrə məktəbdənkənar təhsil müəssisələrinin, “Məktəbəqədər təhsil haqqında” Qanunun 8.5-ci maddəsində məktəbəhazırlığın həyata keçirildiyi müəssisələrə məktəbdənkənar təhsil müəssisələrinin, həmin Qanunun 11.4-cü maddəsi ilə müəyyən edilən məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrin növlərinə isə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrinin əlavə edilməsi təklif olunur.

Məsələ ilə bağlı müzakirələrdə komitənin sədr müavini Fariz İsmayılzadə, üzvləri Şahin Seyidzadə, Ceyhun Məmmədov, Bəxtiyar Əliyev, Samir Vəliyev, Sevinc Fətəliyeva, Elçin Mirzəbəyli, Rəşad Mahmudov, Fatma Yıldırım, Afət Həsənova çıxış edərək ölkəmizdə təhsil sahəsində davamlı olaraq islahatların həyata keçirildiyini vurğulayıblar, qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin dövlətin təhsil strategiyasına uyğun olduğunu, məktəbəqədər təhsilin inkişafına xidmət etdiyini bildiriblər. Millət vəkilləri, habelə bəzi qeyd və təkliflərini də səsləndiriblər.

Müzakirələrin yekununda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://mia.az
archiveBu xəbər 11 İyun 2025 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri