Icma.az
close
up
RU
Bakıda bu ağacların əkilməsi qadağan olundu TƏHLÜKƏ MƏNBƏYİDİR

Bakıda bu ağacların əkilməsi qadağan olundu TƏHLÜKƏ MƏNBƏYİDİR

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Bakıda qovaq ağaclarının əkilməsi qadağan olunub.

“Yeni Sabah” xəbər verir ki, buna səbəb həmin ağacların insan həyatına təhlükə yaratmasıdır.

Çünki qovaq ağacları yazda çiçək açanda tükcükləri asanlıqla qoparaq havaya yayılır. Bu isə insanlarda allergik renit, allergik kannyuktivit kimi xəstəliklər yaradır. Astma xəstəliyi olanların isə nəfər almasını çətinləşdirir. Bakıda əksər günlərdə havanın küləkli keçdiyini nəzərə alsaq, vəziyyəti təsəvvür etmək çətin deyil. 

Bundan başqa, qovaq ağacları uzunömürlü sayılmır. Bu növ 30-40 il təbiətdə qalır. Paytaxtdakı qovaqlar isə ötən əsrin 70-80-ci illərdə kütləvi şəkildə Rusiyanın müxtəlif yerlərindən gətirilərək əkilib. Şəhərdəki həmin ağacların hamısı ömrünü başa vurmuş sayılır. Gövdəsi enli, budaqları hündür olduğuna görə qurumuş qovaqlar da insan həyatı üçün təhlükə yaradır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də Bakıdakı qovaqların kəsilməsinə etiraz etmir. Qurum bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə xüsusi arayış verib. Həmin sənədə əsasən, paytaxtdakı qurumuş qovaqlar əlavə rəy alınmadan kəsilə bilər.

Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi qovaqların Eldar şamı, Avropa zeytunu, həmişəyaşıl sərvlər, küknar ağacları ilə əvəzlənməsi barədə tapşırıq verib.  

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Noyabr 2025 03:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri