Bakıda bu dahilərin heykəlləri yoxdur Nazirə müraciət edildi
Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev mədəniyyət naziri Adil Kərimliyə məktub ünvanlayıblar.
Oxumeni.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab nazir!
İndiyədək Bakıda bir çox dahilərimizə heykəllər ucaldılıb. Bu, çox mühüm işdir. Çünki dahilərimizin heykəlləri qədim və zəngin tariximizin küçələrdə yaşadılması və təbliğatıdır.
Amma təəssüf hissi və ürək yanğısı ilə Sizə bildirmək istəyirik ki, hələ də Bakıda bu tarixi şəxsiyyətlərimizin - Babəkin, Şəmsəddin Eldənizin, Uzun Həsənin, Sara Xatunun, Şah Abbasın, Nadir şah Əfşarın, Ağaməhəmməd şah Qacarın, Cümhuriyyət qurucularının heykəlləri yoxdur. Ümid edirik ki, bir gün bu dahilərimizin heykəlləri də Bakımızda ucaldılacaq.
Hörmətli cənab nazir, Sizdən dönə-dönə rica edirik ki, bu məsələni diqqətdə saxlayasınız”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 21 Avqust 2026 04:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















