Zəfərdən Şuşaya uzanan yol: AAYDA dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 8 Noyabr – Zəfər Günü münasibətilə xüsusi videoçarx hazırlayıb.
BAKU.WS xəbər verir ki, videoçarxda 2020-ci ildə Vətən müharibəsinə yollanan hərbçinin ailəsi ilə vidalaşması, altı il sonra isə bir uşağın Şuşa arzusu və bu arzunun gerçəkləşməsi üzərindən tarixi Zəfərin mənəvi dəyəri əks etdirilir.
Emosional süjet xətti ilə hazırlanan videoçarxda Şuşaya aparan Zəfər yolunun tikintisi və hazırkı görüntülərinə xüsusi yer ayrılıb. 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı keçirilən Zəfər yolunun istifadəyə verilməsindən bu gün 5 il ötür.
Videoçarxın əsas ideyası Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə azad Şuşaya aparan Zəfər yolu arasında mənəvi bağlılığı nümayiş etdirmək, qəhrəmanlıqla yazılan tarixin bu gün quruculuqla davam etdirildiyini çatdırmaqdır.
Baxış sayı:125
Bu xəbər 07 Noyabr 2026 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















