Icma.az
close
up
RU
Bakıda bu svetoforlar süni intellektlə işləyir

Bakıda bu svetoforlar süni intellektlə işləyir

Icma.az bildirir, Baku.ws portalına istinadən.

"Paytaxtda nəqliyyatın hərəkətinin optimallaşdırılması məqsədilə yeni pilot layihə icra olunur. Söhbət Binəqədi rayonu ərazisində – Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin, eləcə də Azadlıq prospekti ilə Məsud Davudoğlu küçəsinin kəsişməsindən gedir".

Bunu BAKU.WS-ə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov bildirib.

Onun sözlərin görə, 115 nömrəli tam orta məktəbin qarşısında yerləşən piyada keçidi də daxil olmaqla ümumilikdə 18 kəsişmədə "ağıllı işıqfor" sistemi sınaq rejimində işə salınıb:

"Layihə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən xarici mütəxəssislərlə birgə həyata keçirilir və bu texnologiya ilk dəfə olaraq həmin ərazidə tətbiq olunur.

Ağıllı işıqforların əsas üstünlüyü onların süni intellekt əsaslı idarəetmə mexanizminə malik olmasıdır. Ənənəvi işıqforlardan fərqli olaraq, bu sistem sabit vaxt intervalı ilə deyil, real vaxt rejimində işləyir. Yolun hərəkət hissəsinə quraşdırılmış sensorlar, işıqfor dirəklərində yerləşdirilən kameralar və bəzi hallarda radarlar vasitəsilə nəqliyyat axınının intensivliyi ölçülür. Toplanan məlumatlar idarəetmə proqramına ötürülür və sistem hansı istiqamətdə yaşıl işığın müddətinin artırılıb-azaldılmasına özü qərar verir.

Məsələn, hər hansı kəsişmədə qəza baş verərsə və ya süni sıxlıq yaranarsa, sistem həmin istiqamətdə yaşıl işığın yanma müddətini avtomatik uzadır. Bununla da nəqliyyatın buraxılış qabiliyyəti artırılır və sıxlığın aradan qaldırılmasına çalışılır.

Eyni zamanda, əgər kəsişmədə nəqliyyat axını zəifdirsə və ya yol faktiki olaraq boşdursa, ağıllı işıqforlar bunu dərhal müəyyən edir. Belə hallarda əsas istiqamət üzrə yaşıl işıq daha uzun müddət aktiv qalır, lazımsız gözləmə vaxtı minimuma endirilir. Bu xüsusilə gecə saatlarında sürücülərin tez-tez şikayət etdiyi "boş yolda uzun qırmızı işıq" problemini aradan qaldırmağa kömək edir.

Bununla yanaşı, təhlükəsizlik amili prioritet olaraq qalır. Sistem kəsişmələrdə həm nəqliyyat vasitələrinin, həm də piyadaların təhlükəsizliyini təmin edəcək şəkildə proqramlaşdırılıb".

Orxan Hüseyn

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://baku.ws
archiveBu xəbər 25 Fevral 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see319

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see296

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see280

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see274

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see244

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see239

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see229

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see213

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see198

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see197

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see193

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see191

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see189

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see186

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see185

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see174

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see172

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri