Icma.az
close
up
RU
Bakıda bu təhlükə böyüyür 5 müraciətdən 4 ü təsdiqlənir

Bakıda bu təhlükə böyüyür 5 müraciətdən 4 ü təsdiqlənir

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı və ətraf ərazilərdə ilanların sayı artıb. Sakinlərin sözlərinə görə, bu hal əsasən bağ massivləri və dənizkənarı zonalarda müşahidə olunur. Yaranmış vəziyyət insanlarda narahatlıq yaradır.

Problemlə bağlı “Yeni Sabah”a danışan serpentoloq və dezinfeksiya üzrə mütəxəssis Zeynal Naciyev bildirib ki, bu il ilanlarla bağlı müraciətlər əvvəlki illərlə müqayisədə daha erkən başlayıb:

“Müraciətlərin sayı da xeyli artıb. Əvvəlki illərdə belə zənglər əsasən, may ayının sonlarından gəlirdisə, bu il artıq mart ayından etibarən müraciətlər daxil olur. Sezar pizza

Xüsusilə Mərdəkan, Şüvalan və Nardaran ərazisində ilana daha çox rast gəlinir. Halbuki əvvəllər bu ərazilərdə əsasən zəhərsiz növlər yaşayırdı. Bu il isə həm ilanların sayı artıb, həm də daha fərqli növlər görünür. Bunun səbəblərindən biri kimi bu il yağıntıların çox olması göstərilir, yağış suları ilanların yuvalarını dağıtdığı üçün onlar yaşayış yerlərinə daha çox çıxırlar.

Ümumilikdə, bu il sürünənlərin aktiv dövrü həm daha tez başlayıb, həm də saylarında artım var. Daxil olan hər 5 müraciətdən təxminən 4-də ilan faktı təsdiqlənir ki, bu da vəziyyətin əvvəlki illərlə müqayisədə daha ciddi olduğunu göstərir”

Serpentoloq bildirib ki, Azərbaycanda mövcud olan 28 sürünən növündən yalnız 6-sı zəhərlidir və ilanları ayırd etməyin ən sadə yolu göz bəbəyinə baxmaqdır:

“Azərbaycanda ümumilikdə 28 növ sürünən mövcuddur və onlardan yalnız 6-sı zəhərlidir. Qalan növlərin hamısı zəhərsizdir. Zəhərli və zəhərsiz ilanları ayırd etməyin ən sadə yollarından biri göz quruluşuna baxmaqdır: Göz bəbəyi şaquli (pişik gözü kimi) olan ilanlar zəhərli olur və uzun, iti zəhər dişləri ilə seçilir. Onların pulları daha kiçik və kobud, quyruqları isə qalın olub qəfil incəlir. Bundan əlavə, zəhər vəzisi mövcud olduğu üçün dişlədikdə təhlükə yaradırlar.

Zəhərsiz ilanlarda isə baş forması daha çox oval və ya yuvarlaq olur, boyundan kəskin seçilmir. Göz bəbəyi dairəvi olur və zəhər dişləri olmur, yalnız xırda dişlər müşahidə edilir. Pulları adətən daha böyük və hamar, quyruqları isə nazik və bərabər qalınlıqda davam edir. Zəhər vəzisi olmadığı üçün dişləmələri, əsasən, təhlükəli sayılmır.

Bu səbəbdən qarşılaşma zamanı ehtiyatlı olmaq və ilanı tanımağa çalışmaq vacibdir”.

Əsmətxanım Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 May 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri