Bakıda bu yolda tez tez qəza baş verir: Araşdırma başlandı VİDEO
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Bakının İlqar Cümşüdov küçəsindən Cavadxan küçəsinə doğru dönərkən ardıcıl yerləşən iki piyada keçidi sürücülər üçün ciddi narahatlıq yaradır.
Ölkə.az xəbər verir ki, onların sözlərinə görə, keçidlərin bu cür yerləşdirilməsi qəza riskini artırır. Hətta həmin ərazidə qəzaların tez-tez baş verdiyi iddia edilir.
Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu göndərdik. Qurumun mətbuat katibi Tural Orucov bildirdi ki, sözügedən ərazidə yol kəsişməsi yenidən təhlil olunacaq:
“Hərəkətin təşkili ilə bağlı təkliflər hazırlandıqdan sonra müvafiq tədbirlər görüləcək”.
Həmidə İbrahimova
Baxış sayı:173
Bu xəbər 03 Aprel 2025 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















