Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Bakıda “Central Baltic Azerbaijan Business Forum and Gala Event” keçirilib

Bakıda “Central Baltic Azerbaijan Business Forum and Gala Event” keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də Bakıda “Central Baltic - Azerbaijan Business Forum and Gala Event” keçirilib.

“LEF Network Azerbaijan” komandası və “Caspian Energy Club” tərəfindən təşkil edilən tədbir Azərbaycan və Mərkəzi Baltik regionuna daxil olan Latviya, Estoniya, Finlandiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafına həsr edilib.

Bu barədə AZƏRTAC-a “Caspian Energy Club Europe”un sədri Rasim Mahmudov məlumat verib.

Forumdan əvvəl iştirakçı şirkətlər arasında bir sıra B2B görüşlər keçirilib. Görüşlərin məqsədi Azərbaycan və Mərkəzi Baltik regionundan olan biznes nümayəndələri arasında birbaşa dialoq yaratmaq, qarşılıqlı maraq doğuran layihələri müzakirə etmək və yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək olub.

Forumda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç, Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya, Estoniya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vayno Reynart, Finlandiyanın Cənubi Qafqaz üzrə səfiri Kirsti Narinen, “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev, Latviyanın Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Katrina Zarina və Satakunta Tətbiqi Elmlər Universitetinin dekanı Hayki Haaparanta açılış nitqi ilə çıxış ediblər. Forumun moderatorluğunu “PowerHouse Latvia” şirkətinin nümayəndəsi Martins Varqulis həyata keçirib.

Telman Əliyev çıxışında Azərbaycan ilə Mərkəzi Baltik ölkələri arasında əlaqələrin strateji əhəmiyyətini vurğulayaraq bildirib: “Son üç il ərzində “LEF Network Azerbaijan” layihəsi çərçivəsində çox mühüm işlər görülüb. Bizim həm Latviya, həm Estoniya, həm də Finlandiyadan olan tərəfdaşlarımız bu təşəbbüsə böyük diqqət və həssaslıqla yanaşıblar. Onların həm Azərbaycan şirkətlərinə, həm də öz ölkələrinin biznes nümayəndələrinə göstərdiyi dəstək qarşılıqlı inamın və dostluğun bariz nümunəsidir.

Xüsusilə qeyd etmək istərdim ki, Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Edqars Skuya layihə çərçivəsində keçirilən demək olar ki, bütün tədbirlərdə şəxsi iştirakını təmin etmiş və Azərbaycan-Latviya biznes əlaqələrinin möhkəmlənməsinə yönəlmiş bütün təşəbbüsləri hər zaman dəstəkləyib. Bununla yanaşı, layihə çərçivəsində biz Avropa İttifaqının sabiq səfiri cənab Peter Mixalko, eləcə də Finlandiya və Estoniya səfirləri ilə bir sıra məhsuldar görüşlər keçirmişik.

Latviya, Estoniya və Finlandiya şirkətlərinin nümayəndələrinin Azərbaycana, eyni zamanda, Azərbaycan şirkətlərinin təmsilçilərinin bu ölkələrə qarşılıqlı səfərləri həm biznes əlaqələrinin genişlənməsinə, həm də xalqlarımızın adət-ənənələrini yaxından tanımağa vəsilə oldu. Biz bir-birimizə daha yaxın və doğma olduq və bu amil, bu layihənin davam etdirilməsinin müzakirəsi üçün əsas yaratdı, yeni imkanlar ortaya qoydu ki, ölkələrimizdən olan şirkətlər bu dialoqu davam etdirsinlər.

Bu gün biz artıq bu layihənin davamı üçün yeni ideyalar və alətlər üzərində çalışırıq ki, şirkətlərimiz bir-biri ilə daha fəal şəkildə əməkdaşlıq etsin, yeni texnologiyaları tətbiq etsin, təcrübə mübadiləsi aparsın və qarşılıqlı ticarət dövriyyəsini artırsınlar.

Əminliklə bildirirəm ki, “LEF Network Azerbaijan” layihəsinin qarşıya qoyduğu məqsədlər 100 faizdən artıq səviyyədə yerinə yetirilmişdir. Layihə hazırda uğurla davam etdirilir və yaxın aylarda daha bir işgüzar səfərin təşkili planlaşdırılır.

Bu gün memorandumları imzalayan şirkətlərdən çox şey asılı olacaq. “Caspian Energy Club” olaraq biz Latviya, Estoniya və Finlandiya şirkətlərini 90 faiz endirimlə “Bear Club” və 50% endirimlə “CEO PLUS Membership” statusları ilə klubun üzvü olmağa dəvət edirik. Əminik ki, bu simvolik üzvlük haqqı onlara “Caspian Energy Club”ın dünyanın 100-dən artıq ölkəsində keçirilən tədbirlərində aktiv iştirak etmək, yeni beynəlxalq əlaqələr qurmaq və gələcək layihələrdə birgə uğurlar qazanmaq imkanı yaradacaq”.

Daha sonra səfir Mariyana Kuyundziçə, səfir Edqars Skuyaya, səfir Vayno Reynarta, səfir Kirsti Narinenə, həmçinin Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Mahərrəmova “Caspian Energy Club”ın fəxri üzvlük sertifikatı təqdim edilib.

Açılış mərasimindən sonra “Azərbaycan və Mərkəzi Baltik regionu arasında gələcək əməkdaşlıq perspektivləri” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələrdə Rasim Mahmudov, Katrina Zarina, Azərbaycan Respublikasının Estoniya Respublikasındakı fəxri konsulu, estoniyalı ekspert Sven Sester və Hayki Haaparanta iştirak ediblər.

“Azərbaycan və Baltik ölkələri arasında əməkdaşlıq yalnız iqtisadi maraqlarla məhdudlaşmır. Bu əlaqələr innovasiya, texnologiya və təhsil sahələrində bilik mübadiləsini gücləndirən, həmçinin regionda uzunmüddətli tərəfdaşlıqların möhkəmlənməsinə imkan yaradan dostluğun və qarşılıqlı etimadın təzahürüdür. Hər bir ortaq layihə bizə qarşılıqlı inamı artırmaq, yeni imkanları sınaqdan keçirmək və strateji perspektivləri genişləndirmək üçün fürsət verir. Biz inanırıq ki, bu əməkdaşlıq həm dövlət, həm də özəl sektor üçün dayanıqlı faydalar gətirəcək və regionun inkişafına töhfəsini verəcək”, - deyə Rasim Mahmudov çıxışında qeyd edib.

Forum çərçivəsində Latviyanın Ticarət və Sənaye Palatasının Avropa İttifaqı layihələri departamentinin direktoru Liqa Sıçeva “Mərkəzi Baltik regionu və Azərbaycan arasında müsbət və uzunmüddətli təsirə malik layihə” mövzusunda əsas məruzə ilə çıxış edib.

Sonra “Azərbaycan və Mərkəzi Baltik uğur hekayələri” adlı videoçarx nümayiş etdirilib.

Tədbirin ən vacib hissələrindən biri “Central Baltic & Azerbaijan” əməkdaşlıq memorandumların imzalanma mərasimi olub. “Caspian Energy Club” ilə Estoniya Ticarət və Sənaye Palatası, Latviya Ticarət və Sənaye Palatası, eləcə də Satakunta Tətbiqi Elmlər Universiteti arasında ayrı-ayrılıqda üç sənəd imzalanıb.

Azərbaycan tərəfindən sənədləri Telman Əliyev, Latviya tərəfindən səfir Edqars Skuya və xanım Katrina Zarina, səfir Kirsti Narinen və cənab Hayki Haaparanta, Estoniya tərəfdən isə səfir Vayno Reynart imzalayıblar.

Forumun rəsmi hissəsi başa çatdıqdan sonra iştirakçılar üçün “Gala & Networking event” gecəsi təşkil olunub. Tədbir Liqa Sıçeva və tərəfdaşların açılış nitqləri ilə başlayıb. Gecə latviyalı məşhur müğənni və bəstəkar, 2017-ci ildə Ukraynanın Kiyev şəhərində təşkil edilmiş Avroviziya mahnı müsabiqəsinin iştirakççısı olan “TrianasParks” pop-rok qrupunun solisti və “Constellation” agentliyinin yaradıcısı və kreativ direktoru Aqnese Rakovskanın musiqi proqramı ilə davam edib.

Daha sonra qonaqlar üçün “Primavera String Quartet”in ifasında Azərbaycan və Baltik melodiyalarının sintezindən ibarət musiqi proqramı və “Nərgiz” rəqs qrupunun çıxışı təqdim olunub.

Tədbir iştirakçıları forumun həm peşəkar müzakirələr, həm də qeyri-rəsmi ünsiyyət baxımından yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar.

“Caspian Energy Holding” haqqında qısa məlumat

“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”,“Caspian Energy Club International”,“Caspian Energy EXIFOR Group”,“Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”,“Caspian Energy Jobs Group”

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal- hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:352
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see700

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see406

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see275

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see261

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see257

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see254

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see239

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see237

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see224

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see220

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see217

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see216

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see216

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see215

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see211

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see201

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see195

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see193

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri