Icma.az
close
up
RU
Bakıda “Çin Ziyarətçiləri Sammiti” təşkil edilib

Bakıda “Çin Ziyarətçiləri Sammiti” təşkil edilib

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev cənab Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində əldə olunan razılaşmaların iki ölkə arasında turizm sahəsində əməkdaşlıq üçün yeni mərhələ açdığını bildirib. O qeyd edib ki, hazırda Çinlə turizm əlaqələrində iki əsas istiqamətə - ölkəmizdə “China Ready” konsepsiyasının tətbiqinə və Çində marketinq fəaliyyətlərinin genişləndirilməsinə xüsusi diqqət verilir. Fuad Nağıyev bu kimi tədbir və təşəbbüslərin Azərbaycan və Çin arasında qarşılıqlı turist axınının artmasına, iqtisadi və mədəni əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Çin Xalq Respublikasının səfiri Lu Mey bildirib ki, 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından etibarən Çin-Azərbaycan münasibətləri daim dinamik və sabit xətlə inkişaf edib. Çin və Azərbaycan arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər son illərdə daha da möhkəmlənib və turizm bu əlaqələrin mühüm sahələrindən birinə çevrilib. O qeyd edib ki, bugünkü tədbir dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmaların praktik icrasına yönəlmiş vacib təşəbbüsdür. Səfir vurğulayıb ki, bu kimi tədbirlər Çin və Azərbaycan turizm sənayeləri arasında körpü rolunu oynayaraq yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır.
“China Visitors Summit” Çin turizm şirkətlərinin iştirakı ilə hər il dünyanın müxtəlif ölkələrində keçirilərək ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə təşkil edilən beynəlxalq platforma kimi çıxış edir. Bakıda ilk dəfə təşkil olunan tədbirdə Çinin 50-dən çox turizm şirkətinin nümayəndələri ilə yerli turizm sənayesi nümayəndələri arasında B2B formatlı görüşlərin keçirilməsi və əməkdaşlıq perspektivlərinin müzakirəsi nəzərdə tutulur. Tədbir çərçivəsində Çin turizm şirkətlərinin Şamaxı, Qəbələ, Şəki və Qax rayonlarına səfərlərinin təşkili və regional turizm potensialının tanıdılması planlaşdırılır.
Qeyd edək ki, 2024-cü il ərzində Çindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı 2023-cü il ərzində səyahət edənlərlə müqayisədə 94% artaraq 44 798 nəfərə çatıb. 2025-ci ilin yanvar-oktyabr ayları ərzində Çindən Azərbaycana səyahət edən xarici vətəndaşların sayı isə 57 000 nəfərdən çox olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 49% artım deməkdir.
Son iki ildə Çinlə turizm əməkdaşlığını genişləndirmək məqsədilə genişmiqyaslı təbliğat və tanıtım tədbirləri həyata keçirilib, o cümlədən “Qyer.com, “Qunar” və “Trip.com Group” ilə əməkdaşlıq memorandumları imzalanıb. Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizin turizm imkanlarını “COTTM 2023”, “GITF 2024” və “ITB China 2025” sərgilərində, həmçinin Çinin müxtəlif şəhərlərində keçirilən təqdimatlarda nümayiş etdirilib. Çinli turizm şirkətləri ilə mütəmadi görüşlər keçirilib, “Wechat”, “Weibo”, “Qunar”, “C-trip”, “Fliggy”, “Douyin” və “Little Red Book” kimi platformalarda ölkəmizin aktiv təbliğatı aparılıb, blogerlərin səfərləri təşkil olunub. Növbəti il üçün Çində daha geniş media kampaniyaları, tanışlıq səfərləri və müxtəlif şəhərlərdə silsilə təqdimat tədbirlərinin keçirilməsi planlaşdırılır.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 Noyabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri