Icma.az
close
up
RU
Bakıda COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumları müzakirə olunub FOTO

Bakıda COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumları müzakirə olunub FOTO

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının məqsəd və mahiyyəti” mövzusunda dəyirmi masa keçirilib.

Moderator.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin bir halqası kimi mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Xüsusilə də COP29 ərəfəsində Azərbaycana qarşı aparılan informasiya müharibəsinin daha çox şahidi oluruq. Yanlış xəbərlərin vaxtında yalanlanması, ifşası ümumi prosesə müsbət təsir göstərir, bunun qarşısının alınması baxımından medianın üzərinə mühüm məsuliyyət düşür".

BDU rektoru Elçin Babayev isə qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ölkəmizə dünya dövlətlərinin, beynəlxalq təşkilatlarının etimadının bariz nümunəsidir. Bu gün Azərbaycan COP29 konfransının ən yüksək səviyyədə təşkili üçün bütün imkanlarını səfərbər edib. Lakin Azərbaycan dövlətinin əldə etdiyi uğurlar, beynəlxalq arenada nüfuzunun gündən-günə artması, qlobal təşəbbüslərin əsas iştirakçılarından birinə çevrilməsi, bədxah qonşularımız da daxil olmaqla, bir sıra xarici qüvvələri qıcıqlandırır: “Bəzi dövlətlər və beynəlxalq təşkilatlar bizim bu uğurları, xüsusilə də 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfəri, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasını həzm edə bilmir. BMT-nin məlum 4 qətnaməsini beynəlxalq təşkilatların deyil, Azərbaycanın özünün təkbaşına icra etməsi bədnam qonşularımızın hamilərini narahat edir. Bunun nəticəsidir ki, beynəlxalq hüquq prizmasından heç bir təsir edə bilməyən bu dairələr ölkəmizə qarşı informasiya hücumlarına başlayır, dezinformasiyalar dövriyyəyə buraxır. Xüsusilə COP29 ərəfəsində aktivləşən müxtəlif siyasi dairələrdən edilən bu hücumlar, təhdidlər, çirkin kampaniyalar bizi qarşımızda duran hədəflərdən yayındırmaq, ölkəmizin artan nüfuzuna kölgə salmaq məqsədi daşıyır. Azərbaycanla bağlı qərəzli və həqiqətə uyğun olmayan məlumatların məqsədyönlü şəkildə yayılması ölkəmizə qarşı hibrid təhdidlərin təşkilini hədəf götürüb. İqlim dəyişmələri, ətraf mühitin mühafizəsi, ekoloji problemlər, hava çirklənməsi ilə bağlı olan bu beynəlxalq tədbiri bütün vasitələrlə siyasiləşdirməyə çalışırlar. Ölkəmizə qarşı hibrid təhdidlərlə, o cümlədən dezinformasiya xarakterli məlumatların yayılması, kiberhücumlar, sosial şəbəkələrdə qarayaxma kampaniyaları ilə mübarizə aparmağımız təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir. Bütün bu hücumların, təhdidlərin qarşısının alınması istiqamətində əməli addımların atılması vacib edir. BDU ilə Mətbuat Şurasının birgə təşkil etdiyi bugünkü dəyirmi masa son günlər xüsusilə intensivləşən informasiya hücumlarının qarşısının alınması, zərərsizləşdirilməsi baxımından vacib bir tədbirdir”.

Milli Məclisin üzvü, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə ölkə mediasının COP29 ərəfəsində Azərbaycana qarşı təşkil edilən informasiya hücumlarına Vətən müharibəsində olduğu kimi, vahid platforma ətrafında birləşərək cavab verməli olduğunu diqqətə çatdırıb.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli deyib ki, ölkəmizə qarşı informasiya müharibəsi daim baş verir, buna görə də həm cəmiyyət, həm də mətbuat ayıq-sayıq olmalıdır: “Ölkəmizin ev sahibliyi etdiyi bütün vacib tədbirlər ərəfəsində Azərbaycana qarşı oxşar kampaniyalar olur. 2024-cü il başlayandan bu hücumlar daha da intensivləşib. Ölkəmiz həm sosial şəbəkələr üzərindən dezinformasiya hücumlarının, həm də Qərb ölkələrinin "peşəkarlıqla" hazırladıqları informasiya manipulyasiyalarının hədəfindədir. Bütün bunların qarşısını almaq üçün ölkə mediasının iqtisadi müstəqilliyini gücləndirmək lazımdır. Azərbaycanın haqq səsini yalnız ölkəmizin güclü mediası dünyaya çatdıra bilər”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı isə informasiya manipulyasiyalarına məruz qalan insanlarla iş aparmağın zəruri olduğunu bildirib. O, media savadlılığı ilə bağlı orta məktəblərdə xüsusi dərslərin keçilməsinin, hələ gənc yaşlardan sosial mediada, internetdə düzgün mənbələrlə işləmək qaydalarının öyrədilməsinin vacib olduğunu deyib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, BDU-nun Jurnalistika fakültəsinin dekanı, Şura sədrinin müavini Vüqar Əliyev, Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli çıxışlarında qeyd ediblər ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi uğurdan, bu bölgədəki planların üzərindən xətt çəkilməsindən narahat olan qüvvələr COP29 tədbirinin Azərbaycanda keçirilməsindən narahatlıq keçirirlər. Diqqətin Azərbaycana yönəldiyi belə həssas dövrdə ölkəmizi ləkələməyə, beynəlxalq ictimaiyyətdə mənfi imic formalaşdırmağa çalışırlar. Bunun qarşısını almaq üçün cəmiyyətin və medianın dezinformasiyalara qarşı daha diqqətli olmaları və mübarizə aparmaları lazımdır.

Dəyirmi masanın sonunda tədbir iştirakçılarının adından xarici ölkələrə, müxtəlif beynəlxalq qurumlara birgə bəyanatın göndərilməsi barədə qərar qəbul olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Noyabr 2024 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see160

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see149

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri