Icma.az
close
up
RU
Diasporamız COP29 ərəfəsində Qərbin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyaları susdurmalı idi, susmaq əvəzinə...

Diasporamız COP29 ərəfəsində Qərbin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyaları susdurmalı idi, susmaq əvəzinə...

Icma.az, Bizimyol saytına istinadən bildirir.

2022-ci il aprelin 22-si Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi. Dünyanın dörd bir tərəfində yaşayan iş adamları, azərbaycanlılar bu qurultaya dəvət edilmişdi. Düzü, aralarında elələri vardı ki, onları ilk dəfə görürdük. Tanıdığımız diaspor nümayəndələrinin əksəriyyəti yer almasa da, bir qurultay keçirildi. Gəldilər, yedilər, içdilər, oynadılar getdilər (bununla bağlı videolar sosial şəbəkələrdə də paylaşılmışdı). Və onlara düşündü ki, elə işləri bundan ibarətdir. Sadəcə yeyib-içib-oynamaq. Hələ sosial şəbəkə istifadəçiləri onları şəhid qanı ilə yoğrulmuş torpaqlarda alkoqollu içki içdiklərinə görə qınadı da...

Nə isə, sözüm onda deyil. Görünən odur ki, bu şəkildə onları qəbul edən, onlara bu yolu açan, qol-qanad verən var. Amma bu şəxslər Azərbaycana gəlib Zəfər qurultayında iştirak etmişdilərsə, başa düşməli idilər ki, Azərbaycan adına hansısa bir qarayaxma kampaniyası aparılanda, Azərbaycan adına hansısa şər-böhtan deyiləndə ayağa qalxıb Azərbaycanı müdafiə etməlidirlər. Bunu da bizə lazım olan vaxtda görmədik.

Bir müddət əvvəl Azərbaycanda dünyaca mühüm əhəmiyyətli bir tədbir COP29 keçirildi. Dünyanın 80-dən çox ölkəsinin rəhbər şəxsləri Azərbaycanda idi. Əsas məsələ iqlim dəyişiklikləri ilə qlobal səviyyədə mübarizə və bu mübarizəyə nə qədər vəsaitin ayrılması ilə bağlı məsələlər müzakirə edilirdi. İstər COP-dan əvvəlki, COP müddətində və COP-dan sonra Qərb mediası, Qərb ölkələri Azərbaycana qarşı qarayaxma kampaniyasına başladı. Azərbaycanda insan hüquqlarının qorunmaması, Azərbaycanın Rusiyadan qaz ixracı, Qarabağda etnik təmizləmə və s. kimi iddia və ittihamlarla  bağlı Azəırbaycanın adı dəfələrlə hallandı, qətnaəmələr qəbul edildi, COP-un Azərbaycanda keçirilməsinin boykot edilməsi ilə bağlı çağırışlar edildi.

Bəs bütün bunlar reallaşarkən Şuşada qədəh-qədəhə toqquşdurub, rəqs edən, alkoqollu içkinin təsirindən xumarlanan və videoları sosial şəbəkələrdə dolaşan diaspor nümayəındələrimiz nə işlə məşğul idi?

Şuşaya gəlmək üçün bəzi şəxslərə "ağız açan", Zəfər qurultayında iştirak etmək üçün dava salan diaspor nümayəndələrimizin bir aksiyasını, bir tədbirini niyə görmədik?

Niyə COP ərəfəsində qərəzli və təxribat xarakterli boykot kampaniyalarının qarşısında qalxan kimi dayanmadılar, Azərbaycanın müdafiəsinə qalxmadılar?

Halbuki, ölkə başçısı İlham Əliyev sizə güvənmişdi. O, Şuşa qurultayında çıxışında demişdi: “Dediyim bütün bu müsbət məqamlara baxmayaraq, hər birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Sizin – xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanlarınız var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb, həm İkinci Qarabağ müharibəsində biz bunu gördük, həm də ondan əvvəlki dövrdə. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, - onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər, - azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır. Yəni, yaşadığınız ölkələrin ictimaiyyətini, əgər belə demək mümkündürsə, maarifləndirmək lazımdır - həm Azərbaycan reallıqları haqqında, postmünaqişə dövrü haqqında və Azərbaycan tarixi haqqında. Hesab edirəm ki, bu, çox vacibdir”...

Təəssüf olsun ki, İkinci Qarabağ savaşı zamanı olduğu kimi, COP 29 dövründə də bütün dünyanın diqqəti Azərbaycanda idi. Azərbaycan bütün qarayaxma kampaniyalarına baxmayaraq, ayaqda durmağı bacardı. COP 29 möhtəşəm şəkildə həyata keçirildi. İlham Əliyevin uzaqgörən siyasəti ilə Azərbaycan yenə adını tarixə yaza bildi.

Xatırlayıram ki, İkinci Qarabağ müharibəsində qələbədən sonra bir qrup diaspor nümayəndəsi öz fəaliyyətini sözün əsl mənasında gözə soxmağa çalışırdı. Halbuki torpaqlarımız yenə ölkə başçısının siyasəti, dövlət-xalq birliyi və şəhid qanı hesbaına alınmışdı. Azərbaycanın yaratdığı şəraitdən yararlanan bəzi diaspor nümayəndələri rahat şəraitdə yaşadıqları ölkələrdən müharibəni izləyir, gözdən pərdə asmaq məqsədilə bir-iki tədbir keçirib, “biz də varıq” deyirdi.

Həmin şəxslər sonradan hansı cəsarətlə Şuşa Qurultayında iştirak da etmişdi, bunu bilmirəm. Əslində Azərbaycanın adını çəkən, “azərbaycanlıyam” deyən hər kəs zəhmət çəkib, Azərbaycan adına yaşadığı ölkədə ən azından Azərbaycana qarşı edilən haqsızlıqlara göz yummamalıdır. Əgər “nəyimə lazımdır, isti aşıma soyuq su qatım” deyirsinizsə, o zaman qurultaylarda biz sizi niyə görürük? İçki içməyinizi, əylənməyinizi görmək inanın ki, bizim vecimizə də deyil. Biz, təkcə 2020-ci il 44 günlük müharibədə 3000-dən çox şəhid vermiş bir xalqıq. Görünən odur ki, siz bizdən olmaq istəmirsiniz. Ya da Azərbaycana pulsuz gəlmək, bir neçə istirahət edib, yeyib-içib gəzməkdir arzunuz. Yenə də günah sizdə deyil, günah sizi Azərbaycan diaspor təşkilatları, diaspor nümayəndələri, Azərbaycanın təmsilçiləri deyə Azərbaycana "sırıyan"lardadır. Qərbin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyalarının qarşısında necə susdunuzsa, indi də susmağa davam edin...

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Dekabr 2024 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri