Türkiyənin xarici ticarət həcmi artır
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ankara, 28 oktyabr, AZƏRTAC
Türkiyənin 2026-cı ilin sentyabr ayında ixracı 25,967 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 15,3 faiz artım deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Statistika İnstitutu və Ticarət Nazirliyi tərəfindən oktyabrın 28-də Ankarada açıqlanan Türkiyənin xarici ticarət göstəriciləri ilə bağlı birgə hesabatda bildirilir.
Hesabata görə, 2026-cı ilin sentyabr ayında Türkiyənin idxalı 31,130 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 5,6 faiz artım deməkdir.
Əvvəlki ay üçün idxal-ixrac nisbəti 2025-ci ilin sentyabrındakı 76,4 faizə qarşı 83,4 faiz təşkil edib.
Ümumilikdə, 2026-cı ilin yanvar-sentyabr ayları arasında Türkiyənin ixracı 5,2 faiz artaraq 210 milyard 952 milyon dollara, idxal isə 5,3 faiz artaraq 281 milyard 919 milyon dollara çatıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Baxış sayı:67
Bu xəbər 28 Oktyabr 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















