Icma.az
close
up
RU
BAKIDA DAHA BİR ŞOK OLAY: klinikanın bir hissəsi qəssabxana imiş... İcra başçısıın qardaşı ilə məhkəmə qalmaqalı

BAKIDA DAHA BİR ŞOK OLAY: klinikanın bir hissəsi qəssabxana imiş... İcra başçısıın qardaşı ilə məhkəmə qalmaqalı

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Binəqədi rayonunda yerləşən "Elmed Tibb Mərkəzi” klinikasının 1-ci mərtəbəsində yerləşən 28 m²-lik qəssabxana bağlanıb.

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, klinikanın direktoru və qanuni təmsilçisi Ramin Quliyev sözügedən 28 m² qeyri-yaşayış sahəsini qəssabxana kimi işlətmək üçün Əli adlı şəxsə icarəyə verib.
Əli həmin qəssabxanada əsaslı təmir işləri apararaq 20 min manat xərc çəkib. Ramin Quliyev isə bir müddət sonra həmin ərazidən çıxmasını tələb edib. Əli isə klinika direktoruna, çəkdiyi 20 min manat xərci ödəmədən ərazidən çıxmayacağını bildirib.
Nəhayət, Ramin Quliyev Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edib. AQTA-nın Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən ət satışı mağazasında yoxlama aparılıb və Əlinin orada qanunsuz ət kəsimi ilə məşğul olduğu aşkar edilib. Bununla əlaqədar olaraq cavabdehin fəaliyyətinə qadağa qoyulub.
Ramin Quliyev AQTA-nın bu qərarından yararlanaraq məhkəməyə müraciət edib.
O, iddia edib ki, ona məxsus olan 1338.7 m²-lik qeyri-yaşayış sahəsinin 40 m²-lik hissəsi Əli tərəfindən qanunsuz olaraq zəbt edilib. Bu ilin aprel ayında AQTA tərəfindən yoxlama aparılıb və Əlinin orada qanunsuz ət kəsimi ilə məşğul olduğu aşkarlanıb. O, dəfələrlə ərazinin boşaldılmasını tələb etsə də, cavabdeh buna məhəl qoymayıb və ərazini boşaltmayıb. Beləliklə, onun mülkiyyət hüquqları və biznes maraqları kobud şəkildə pozulub.
Əli isə məhkəmədə Ramin Quliyevin iddiasını qəbul etməyib. Belə ki, həmin yerin təmiri üçün 20 min manat xərclədiyini bildirib. İddiaçı ona 20 min manat ödədiyi təqdirdə ərazidən çıxacağını, əks halda isə məhkəmə iddiası qaldıracağını bəyan edib.
Məhkəmə, "Elmed Tibb Mərkəzi”nin qanuni təmsilçisi Ramin Quliyevin qəssaba qarşı iddiasını təmin edib və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması barədə qərar verilib.
Qeyd edək ki, Binəqədi rayonundakı "Elmed” klinikası Cəbrayıl rayonunun sabiq icra başçısı Mahmud Quliyevə məxsusdur. Klinikanın direktoru isə onun qardaşı oğlu Ramin Quliyevdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://mia.az
archiveBu xəbər 14 Noyabr 2024 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see154

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see152

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see138

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see135

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see133

Erlinq Holann zədələnib

08 Sentyabr 2025 19:42see128

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see126

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see126

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see124

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see124

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see124

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see123

Abşeronda 41 yaşlı kişinin meyiti aşkarlanıb

08 Sentyabr 2025 19:02see121

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see120

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see120

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see119

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see119

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see118

Dövlət Xidməti: Tovuzun Avdal kəndindəki məbədin tarixi abidələrin reyestrinə salınması üçün iş gedir FOTO VİDEO

08 Sentyabr 2025 16:58see117

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri