Bakıda Dairəvi yoldan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR
Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.
Bakının Yasamal rayonu Nazim Hikmət küçəsindən Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış hissələrdə genişləndirmə işləri aparılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, genişləndirmə işlərinin aparılmasında məqsəd sözügedən ərazidə nəqliyyat sıxlığının qarşısını almaq, avtonəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə uyğun dayanmadan dönüşünü təmin etməkdir.
Layihəyə əsasən hər iki istiqamət üzrə yol 2 hərəkət zolağı enində genişləndirilib, yeni yol yatağı və yol əsası inşa edilib. Ardınca asfaltlanma işləri icra olunub, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün genişlənmiş yolun kənarında piyada səkiləri inşa edilib.

Bakıda Dairəvi yoldan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR
26 Noyabr 2024 15:54
Bakıda Dairəvi yoldan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR Xəbər saytı Son xəbərlər və Hadisələr
26 Noyabr 2024 13:57
Bakıda Dairəvi yoldan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
26 Noyabr 2024 15:01

