Icma.az
close
up
RU
23 kütləvi məzarlıq, minlərlə itkin...

23 kütləvi məzarlıq, minlərlə itkin...

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

 Ermənistan tərəfi qətliamın izlərini,  4000 nəfərin taleyini gizlədir


Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması


Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib. Görüş çərçivəsində tərəflər münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı humanitar məsələləri müzakirə ediblər. Görüşdə məlumat mübadiləsi imkanları, axtarış tədbirlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib.

Tərəflər humanitar sahədə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və itkin düşmüş şəxslərin ailələrinin maraqları naminə gələcək təmaslara hazır olduqlarını bildiriblər. Xatırladaq ki, bir müddət öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş direktoru Katrin Bomberger ilə görüşüb. Bildirilib ki, görüş çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərimizin işğalı zamanı itkin düşmüş azərbaycanlılar məsələsi, itkin düşmüş şəxslərin tapılması və kimliklərinin müəyyənləşdirilməsi istiqamətində mövcud vəziyyət, habelə beynəlxalq əməkdaşlıq istiqamətində səylər müzakirə olunub. Nazir Ceyhun Bayramov “itkin düşmüş şəxslər” məsələsinin hər zaman əsas diqqət mərkəzində olduğunu, 1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzü nəticəsində mülki şəxslər, uşaqlar və qadınlar da daxil olmaqla 4 minə qədər azərbaycanlının itkin düşdüyünü diqqətə çatdırıb. 2023-cü ildən etibarən Azərbaycanın bu məsələ ilə bağlı məlumatlılığın artırılması üçün beynəlxalq konfranslar təşkil etdiyi, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu işdə aktiv rolu qeyd edilib. İtkin düşmüş şəxslər məsələsinin həllini tapması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsinin vacib olduğu vurğulanıb. Nazir itkin düşən şəxslərin taleyinə aydınlıq gətirilməsinin həm qanunun aliliyi, ədalət, həm də münaqişə sonrası münasibətlərin normallaşması baxımından önəmini nəzərə alaraq beynəlxalq ictimaiyyətin bu məsələdə rolunun vacib xarakter daşıdığını vurğulayıb. Bununla yanaşı, Azərbaycanın indiyə qədər işğaldan azad olunmuş ərazilərdə 23 kütləvi məzarlıq aşkarladığı qeyd edilib. Həmçinin itkin düşmüş şəxslərin yerinin müəyyən edilməsi prosesinə mina təhdidinin ciddi şəkildə maneçilik törətdiyi bildirilib. 

Qeyd edək ki, Azərbaycanın Ermənistanla danışıqlar prosesində mühüm tələblərindən biri də Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-dək vətəndaşının taleyinə aydınlıq gətirilməsidir. Bunda məqsəd qarşı tərəfin müharibə cinayətlərini etiraf etməsinə, humanitar məsələlərin həlli ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri icra etməsinə nail olmaq və etimad mühitini gücləndirməkdir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, Birinci Qarabağ müharibəsində 3977, İkinci Qarabağ müharibəsində 6 nəfər ölkə vətəndaşı itkin düşüb. Azərbaycan tərəfi ötən illərdə bununla bağlı faktların dünya ictimaiyyətinə çatdırılması və Ermənistana təzyiqlərin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirib. 15 noyabr 2024-cü il tarixində BMT Baş Assambleyasının 3-cü komitəsi tərəfindən “İtkin düşmüş şəxslər” adlı qətnamənin konsensusla qəbulu mühüm diplomatik nəticə olub. Azərbaycan 2002-ci ildən etibarən hər iki ildən bir təqdim olunan bu qətnamənin əsas həmmüəllifidir. Qətnamədə, silahlı münaqişələr nəticəsində insanların itkin düşməsinin onların ailələrinə ağır əzablar verdiyi və münaqişələrə son qoyulması səylərinə mənfi təsir göstərdiyi qeyd olunub. Həmçinin, itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqlarının pozulmasına görə cəzasızlığa son qoyulmasının vacibliyi vurğulanıb. Sənəd silahlı münaqişə iştirakçısı olan dövlətləri insanların itkin düşməsinin qarşısını almaq, onların şəraitini müvafiq şəkildə araşdırmaq və taleyini müəyyən etmək üçün bütün lazımi tədbirləri görməyə çağırır. “İtkin düşmüş şəxslər” adlı qətnamədə ilk dəfə olaraq həmçinin minaların itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək səylərinə maneə törətməsi ilə bağlı narahatlıq ifadə olunub, dövlətlərə insanların qalıqlarını təhlükəsiz şəkildə axtarmaq istiqamətində əməkdaşlıq çağırışı edilib. Rəsmi Bakı dünyanın diqqətini bu humanitar problemə cəlb etmək məqsədilə 2023-cü ildən etibarən beynəlxalq tədbirlər təşkil edir. 2024-cü il oktyabrın 2-3-də paytaxtda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransın Bəyannaməsi də rəsmi şəkildə BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədləri kimi yayılıb.


Xatırladaq ki, Prezident İlham Əliyev tarixi zəfərdən sonra itkin düşmüş azərbaycanlıların taleyinin aydınlaşdırılması ilə bağlı Ermənistan və bir sıra humanitar beynəlxalq təşkilatlar qarşısında dəfələrlə məsələ qaldırıb. İtkinlər mövzusunun aktuallığı həm də azad edilmiş ərazilərdə kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi zərurəti ilə şərtlənir. İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirlərindən sonra azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkarlanması problemin miqyası barədə dolğun təsəvvür yaradır. Aşkar görünür ki, Ermənistan silahlı qüvvələri və terrorçu birləşmələrinin ərazilərimizin işğalı zamanı əsas hədəfi həm də dinc insanlar, mülki əhali olub. Bu ərazilərdə onlarla belə məzarlıqlar mövcuddur və Ermənistan onların yerləri barədə məlumatları verməkdən yayınır. Ümumiyyətlə, təcavüzkar ölkə ötən əsrin 90-cı illərinin əvvəlindən başlayaraq “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” və “Hərbi əsirlərlə rəftar haqqında” 1949-cu il tarixli Cenevrə Konvensiyalarını kobud şəkildə pozub. Azərbaycan isə Qarabağ müharibələri zamanı erməni əsir və girovlarla hər zaman beynəlxalq konvensiyalar çərçivəsində davranıb. İkinci Qarabağ mühaibəsindən sonra Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazilərdə aparılan axtarışlar zamanı 1700-dək Ermənistan hərbçisinin nəşi tapılaraq qarşı tərəfə verilib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Sherg.az"a deyib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə başlamış müharibə saysız-hesabsız faciələrə, hərbi cinayətlərə, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması hallarına səbəb olub, bölgədə humanitar fəlakət yaradıb. Ekspertin sözlərinə görə, münaqişənin bugünədək aktual olan ən ağır nəticələrindən biri isə 4000-ə yaxın azərbaycanlının hələ də itkin hesab olunmasıdır:


"Ermənistan tərəfi itkin hesab olunan həmin şəxslərin sonrakı taleyi barədə məlumat verməkdən yayınır. Təəssüf doğuran məqamlardan biri də odur ki, Ermənistanın əsir və girovluğundan azad edilmiş şəxslərin ifadələri azərbaycanlılara qarşı müxtəlif işgəncələr verilməsi, qeyri-insani rəftar və qətlə yetirilmə hallarını təsdiq edir. Həmin şəxslər bu gün də bu travmaların izlərini daşıyırlar. Belə ki, itkin düşmüş şəxslər arasında Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı girov götürülmüş mülki şəxslər də var. Halbuki beynəlxalq humanitar hüququn bununla bağlı tələbləri aydındır, mülki şəxslərin girov götürülməsi birbaşa göstərişlə qadağandır. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində çoxsaylı kütləvi məzarlıqlar aşkarlanıb ki, burada tapılan insan qalıqlarının Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olması üzə çıxıb. Azərbaycanlı itkinlərin ailə üzvləri hər dəfə azad edilmiş ərazilərdə bu cür məzarlıqların tapılması xəbərindən təsəlli tapırlar. Çünki illərlə itkin yaxınlarının qalıqlarını dəfn edərək məzarlarını ziyarət edə bilmək ümidi ilə yaşayıblar. Təəssüf ki, Ermənistan tərəfi beynəlxalq hüquqi öhdəliklərinə və bununla bağlı çoxsaylı çağırışlara baxmayaraq, bu məsələdə də əməkdaşlıqdan boyun qaçırır, dəfn yerləri ilə bağlı məlumatları təqdim etmir. Bütün bunlar beynəlxalq hüquqa qarşı açıq hörmətsizliyin göstəricisidir. Beynəlxalq humanitar hüquq şəraitin imkan verdiyi hallarda ölən şəxslərin ayrı-ayrı dəfn edilməsini tələb edir. Meyitlərə hörmət edilməli, onlar ləyaqətlə dəfn edilməli, dəfn yerlərinin asanlıqla tapılması və qorunması məqsədilə işarə edilməlidir". 

Hüquq müdafiəçisinin sözlərinə görə, əsir və girovluqdan azad edilmiş hərbi qulluqçuların, mülki şəxslərin, habelə hadisə şahidi olmuş digər vətəndaşların ifadələri, kütləvi məzarlıqlar azərbaycanlıların Ermənistan tərəfindən əsir-girov götürülməsi, saxlanması və qətlə yetirilməsi faktlarını sübut edir: 

“Əsir və girovluqda qaldıqları müddətdə dözülməz fiziki və mənəvi-psixoloji işgəncələrə məruz qalmış, aldığı ağır xəsarətlər nəticəsində sağlamlığını itirməsi səbəbindən ömürlük əlilliyə məhkum olunmuş yüzlərlə azərbaycanlı bu gün də fiziki və psixi sağlamlıqla bağlı problemlərdən əziyyət çəkir. Ermənistanın siyasi-hərbi rəhbərliyi yalnız Birinci Qarabağ müharibəsi dövründə deyil, tərəflər arasında ilk uzunmüddətli atəşkəs rejiminin elan olunduğu 1994-cü ildən sonrakı illərdə də qeyri-qanuni olaraq Azərbaycanın mülki şəxslərinin girov götürülərək həbs edilməsinə rəvac verib. Bu isə açıq-aşkar dinc azərbaycanlılara qarşı etnik zəmində nifrətin bariz təzahürüdür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 İyun 2025 08:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see243

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see224

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see193

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see192

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see191

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see190

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see187

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see185

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see184

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see181

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see181

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see181

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see180

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see180

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see180

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see161

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see161

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see153

İyunun qeyri iş günləri müəyyənləşdi 2 dəfə 3 gün ardıcıl evdəyik

02 İyun 2026 04:01see149

“Çelsi” müdafiəçi Coş Açimponqu satmaqdan imtina edib

02 İyun 2026 06:11see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri