Icma.az
close
up
RU
Bakıda Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı tərəfdaşlığı üzrə nazirlər görüşü olub Xəbər saytı Son xəbərlər və Hadisələr

Bakıda Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı tərəfdaşlığı üzrə nazirlər görüşü olub Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın ev sahibliyi etdiyi COP29 sessiyası çərçivəsində Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı (FAST) tərəfdaşlığı üzrə nazirlər görüşü keçirilib.

COP29 Sədrliyi, Kənd Təsərrüfatı Nazirliyi və FAO ilə əməkdaşlıq çərçivəsində baş tutan görüşün moderatorluğunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisinin Direktoru Kaveh Zahedi edib.

Tədbirdə çıxış edən nazir Məcnun Məmmədov FAST-ı iqlim dəyişikliyindən təsirlənən kiçik fermerlərə, kənd icmalarına çatmaq üçün maliyyəni səfərbər etməklə kənd təsərrüfatında effektiv iqlim fəaliyyətinə təcili ehtiyacı həll edən mühüm platforma adlandırıb. O, əlavə edib ki, FAST vasitəsilə kənd təsərrüfatı sistemlərində iqlim həllərinin həm təsirli, həm də əhatəli olmasını təmin etmək üçün vahid yanaşma qurulur. COP29 sessiyası çərçivəsində Fermerlər üçün Bakı Harmoniya təşəbbüsünün elan edildiyini deyən nazir əsas məqsədin Harmoniya ilə mövcud təşəbbüslər arasında uyğunlaşmanı təşviq edən, iqlim təsirlərinə ən həssas olanları dəstəkləmək üçün konkret fəaliyyət göstərən yeni əməkdaşlıq yolunu yaratmaqdan ibarət olduğunu diqqətə çatdırıb.

O bildirib ki, "Harmoniya" təşəbbüsü bütün müvafiq iqlim təşəbbüslərini bir araya gəlməyə, bilikləri bölüşməyə və fermerlərə dəstəyi gücləndirməyə dəvət edən inklüziv platforma kimi nəzərdə tutulub. "Dialoq və əməkdaşlıq üçün strukturlaşdırılmış məkan yaratmaqla, Harmoniya müntəzəm mübadilə və yaxınlaşma üçün yeni yollara töhfə verməklə FAST-ın məqsədlərinə yaxından uyğunlaşır. "Biz "Harmoniya"nı kənd təsərrüfatı icmalarında davamlılığın qurulmasında iqlim maliyyəsini daha əlçatan və daha effektiv edən birləşdirici təşəbbüs olan FAST Tərəfdaşlığının əsas davamı kimi təsəvvür edirik".

Müzakirələrdə çıxış edən Misirin kənd təsərrüfatı nazirinin müavini Adel Abdelazeem, COP28 Ərzaq Sistemləri Qrupunun məsləhətçisi Zak Bleicher, Braziliya Xarici İşlər Nazirliyinin İqlim fəaliyyəti şöbəsinin rəhbəri Mario Mottin, FAO-nun İqlim Dəyişikliyi, Ətraf Mühit və Biomüxtəliflik İdarəsinin Baş təbii sərvətlər mütəxəssisi Martial Bernoux, Almaniyanın Ərzaq və Kənd Təsərrüfatı Federal Nazirliyinin Parlament Dövlət Katibi Klaudiya Müller və digər natiqlər iqlim maliyyələşdirməsini sürətləndirmək üçün COP-dan COP-a əməkdaşlığın əhəmiyyəti, FAST və Harmoniya təşəbbüsləri arasında əlaqə, kənd təsərrüfatı sistemlərinin transformasiyası, yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması, bu istiqamətlərdə qlobal əməkdaşlıq məsələlərinə toxunublar.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Qalereya

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://baku.ws
archiveBu xəbər 19 Noyabr 2024 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri