Bakıda dəyişkən iş qrafikinə nə vaxtdan başlanılacaq?
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda dəyişkən iş qrafiki Dövlət Proqramına uygun olaraq həyata keçiriləcək.
"Bakupost" xəbər verir ki, bunu İqtisadiyyat.az-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O xatırladıb ki, bununla bağlı artıq Dövlət Proqramında konkret zaman müəyyənləşdirilib:
"Belə ki, həmin proqrama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB, eləcə də Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən dəyişkən iş qrafiki ilə bağlı 2025-ci ildən başlayaraq təhlillərin aparılması həyata keçirilir. Artıq təhlillər yekunlaşmaq üzrədir. Bu o deməkdir ki, təhlillər yekunlaşandan sonra həmin qiymətləndirməyə əsasən siyahı hazırlanacaq və həmin siyahı Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq".
Deputat bildirib ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra isə dəyişkən iş qrafikinə keçid təmin olunacaq:
"Bu, xüsusən də sektorlar üzrə dəyişkən iş qrafikinin tətbiq olunması deməkdir. Sözsüz ki, dövlət sektoru üçün dəyişkən iş qrafiki icbari olacaq, özəl sektor üçün isə tövsiyə xarakteri daşıyacaq. Proqrama əsasən, dəyişən iş qrafiki Azərbaycanda 2026-cı ildə, yəni bu il artıq tətbiq olunmalıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 18 Avqust 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















