Icma.az
close
up
RU
Bakıda “Digər dünya”... Fotolar

Bakıda “Digər dünya”... Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda keçirilən COP29-dakı çoxsaylı qonaqlar Azərbaycan təbiəti ilə tanışlıq imkanını həm də amerikalı fotoqraf Bred Uilsonun (Brad Wilson) fotosərgisində əldə edir.  

“Qafqazinfo” xəbər verir ki, COP29 çərçivəsində Heydər Əliyev Mərkəzi tərəfindən Mavi Zonada təqdim olunan “Digər dünya” (The Other World) adlı sərgi ölkəmizin faunasının gözəlliyini kəşf etməyə dəvət edir.

Klassik heyvan portretləri çoxsaylı şəxsi və muzey kolleksiyalarında saxlanılan Bred Uilsonun COP29-da təqdim etdiyi əsərlərin özəlliyi ondan ibarətdir ki, heyvanlar kontekstdən və diqqətdən yayındırmadan qara fonda çəkilib. Fotoqrafın bu üsulla yaratdığı portretlər tamaşaçı ilə təsvirlər arasında daxili dialoqa təkan verir, insanlara təbiətlə əbədi əlaqəni xatırladır.

Sərgisinin təşkili məqsədilə avqust ayında ölkəmizə səfər edən amerikalı fotoqraf Şamaxıda Alpaka fermasında, Safari parkda olub, həmçinin Bakıdakı Binə Atçılıq Mərkəzində Qarabağ atları ilə çoxsaylı fotoçəkilişlər edib.

Layihənin COP29-dakı təqdimatında çıxış edən müəllif Bred Uilson və kurator Olqa Daniele Azərbaycan təbiəti, xalqımızın zəngin mədəniyyəti ilə yaxından tanışlığa dəstək göstərən Heydər Əliyev Mərkəzinə təşəkkürlərini bildirib. Fotoqraf Azərbaycanı “incəsənət, memarlıq və həyat tərzində müasir ideyaları əhatə edən, eyni zamanda keçmişini yaddan çıxarmayan və şərəfləndirən bir məkan” kimi təsvir edib.

Bred Uilson müəllifi olduğu işlərdə ətrafdakı gözəlliklə yanaşı qeyri-adi, mürəkkəb anları da lentə almağa çalışır. Təsadüfi deyil ki, onun fotoşəkilləri Microsoft, Apple, Sony, CNN, CBS News, Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu (WWF), Greenpeace təşkilatının məqalələrində və reklamlarında yer alıb.

Heyvanlardan böyük emosional enerji aldığını deyən Bred Uilson bildirib ki, bu portretlər bizə dünyanı qorumağa borclu olduğumuzu göstərir.

Tədbir müddətində, həmçinin vəhşi təbiətdə yaşayan heyvanlarla bağlı fotoqrafın apardığı çəkiliş prosesini əks etdirən videogörüntülər nümayiş olunub. 

Müəllif bildirib ki, çəkdiyi portretlər bizə göstərir ki, biz də bu dünyadan gəlmişik və bu dünyanı qorumağa borcluyuq. 

COP29 kimi tədbirlərin təşkil edilməsində əsas məqsədin insanları iqlimlə bağlı fəaliyyətlər göstərməyə ilhamlandırmaq olduğunu diqqətə çatdıran B. Uilson bildirib ki, dünyanın dörd bir yanında heyvanlar təhlükə altındadır. Onların həyatda qalması bizim həyatda qalmağımız deməkdir.
























Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Noyabr 2024 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see309

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see307

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see259

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see256

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see252

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see237

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see233

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see232

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see224

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see215

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see213

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see207

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see205

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see200

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see198

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see198

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see195

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see188

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see186

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri