Bakıda Din Xadimlərinin II Forumu başladı
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Bakıda Azərbaycan Din Xadimlərinin II Forumu öz işinə başlayıb.
Axar.az xəbər verir ki, tədbirdə müvafiq dövlət qurumları və din xadimləri, dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alim və mütəxəssislərlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbər şəxsləri iştirak edirlər.
"Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı" mövzusuna həsr olunan forumun məqsədi "Konstitusiya və Suverenlik İli" çərçivəsində dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, peşəkar inkişafı, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirəsidir.
Tədbirdə "Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri", "Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları", "Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar" və "Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu" mövzularında panel müzakirələri təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 24 Dekabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















