Icma.az
close
up
RU
Bakıda doldurulan “rus araqları” TƏHLÜKƏSİ və cəzası nədir?

Bakıda doldurulan “rus araqları” TƏHLÜKƏSİ və cəzası nədir?

Icma.az, Lent az saytına istinadən bildirir.

Bakıda tanınmış xarici araq markalarının şüşəsinə doldurulan içkinin həqiqətən həmin zavoddan gəldiyinə nə qədər əmin olmaq olar? Bir neçə manata daha ucuz qiymət, tanış marka, səliqəli etiket və ilk baxışdan normal görünən aksiz markası istehlakçını aldada bilər. Halbuki şüşənin içərisində zavod istehsalı olan araq əvəzinə kustar şəraitdə hazırlanmış, tərkibi naməlum və hətta həyati təhlükəli maye ola bilər.

Lent.az-ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasını təqdim edirik:

Mövzu yenidən Maştağada aşkarlanan faktla gündəmə gəlib. Sentyabrın 30-da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Sabunçu rayonunun Maştağa yolu ərazisində yerləşən ictimai iaşə müəssisəsində plandankənar yoxlama aparıb. AQTA müəssisədə mənşəyi məlum olmayan və açıq saxtalaşdırma əlamətləri olan alkoqollu içkilərin istehlaka təqdim edildiyini açıqlayıb. Araq nümunələri laboratoriyaya göndərilib, içkilərin dövriyyəsi qadağan edilib və obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Maştağa hadisəsində içkilərin konkret olaraq Rusiya istehsalı markalar adı altında satıldığı bildirilməsə də, Azərbaycanda belə faktların əvvəlki nümunələri var. 2019-cu ildə Bakıda keçirilən əməliyyat zamanı “Beluqa Tahir” kimi tanınan şəxsin rəhbərlik etdiyi dəstənin gizli sexlərdə “Beluqa”, “Stoliçnaya” və “Russkiy Standard” kimi araqların saxtalarını hazırladığı bildirilmişdi. Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxta məhsullara aksiz markaları vurularaq iaşə obyektlərinə və şərab evlərinə göndərilirdi. 2016-cı ildə Saray qəsəbəsində aşkarlanan başqa bir gizli sexdə də “Stoliçnaya Sever Russian Vodka” və “Russkiy Standart” adları ilə saxta araqların hazırlandığı müəyyən edilmişdi.

Şüşə orijinal, içindəki maye saxta ola bilər

Saxta içki istehsalının təhlükəli tərəflərindən biri məhz qablaşdırmanın istehlakçını çaşdırmasıdır. Keçmiş əməliyyatlarda boş araq və viski şüşələri, qapaqlar, etiketlər, saxta aksiz markaları və şüşələri yenidən bağlamaq üçün istifadə edilən avadanlıqlar aşkarlanıb. 2020-ci ildə Bakıda zəhərlənmə ilə nəticələnən cinayət işi üzrə aparılan istintaqda müxtəlif spirtli içkilərin qarışdırılması və sonradan tanınmış içkilərin boş şüşələrinə doldurulması üçün istifadə olunan qablar və avadanlıqlar götürülmüşdü. Həmin hadisələrdən birində ölüm faktı da qeydə alınmışdı.

Bu səbəbdən yalnız şüşənin üzərindəki marka istehlakçı üçün təhlükəsizlik zəmanəti sayıla bilməz.

Bir qədəh belə ağır nəticə verə bilər

Ən ciddi təhlükə saxta içkinin tərkibidir. AQTA xəbərdarlıq edir ki, kustar üsulla hazırlanan bəzi saxta spirtli içkilərdə metil spirti – metanol istifadə oluna bilər. Metanol qida üçün nəzərdə tutulmayan texniki və sənaye spirtidir.

Onun orqanizmə düşməsi mərkəzi sinir sisteminə, mədə-bağırsaq sisteminə və xüsusilə gözün torlu qişasına ağır zərər verə bilər. Ağır zəhərlənmə görmə qabiliyyətinin itirilməsi və ölümə qədər gedib çıxa bilər. Təhlükənin başqa tərəfi budur ki, metanolu adi etil spirtindən yalnız rənginə, qoxusuna və dadına baxmaqla fərqləndirmək çox çətindir.

Saxta araq hazırlamağın cəzası nədir?

Burada məsələ yalnız sanitariya qaydalarının pozulması ilə bitmir. Saxta aksiz markalarının hazırlanması, əldə edilməsi, saxlanması və satılması, həmçinin aksiz markası tələb olunan məhsulun saxta marka ilə markalanması Azərbaycan Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə cinayət məsuliyyəti yarada bilər. Hazırkı qanunvericiliyə əsasən, belə əməllərə görə 2 min manatdan 3 min manatadək cərimə, iki ilədək islah işləri və ya üç ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Aksiz markası ilə markalanmalı məhsulların marka olmadan xeyli miqdarda satılması və ya satış məqsədilə saxlanması isə Cinayət Məcəlləsinin 213-1-ci maddəsi ilə məsuliyyət yaradır. Belə hallarda 2 min manatdan 3 min manatadək cərimə, bir ilədək islah işləri və ya iki ilədək həbs nəzərdə tutula bilər. Əməl külli miqdarda, təkrar və ya əvvəlcədən əlbir olan qrup tərəfindən törədildikdə cəza beş ilədək azadlıqdan məhrumetməyə çata bilər.

Problemin miqyası da kiçik görünmür. Dövlət Vergi Xidməti 2025-ci ilin yalnız iyul-avqust aylarında Bakı, Abşeron və bir sıra rayonlarda ümumilikdə 6 552 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkinin dövriyyədən çıxarıldığını açıqlamışdı.

Saxta arağı necə tanımaq olar?

Şübhəli dərəcədə aşağı qiymət, əyri və keyfiyyətsiz yapışdırılmış etiket, qapağın əvvəllər açıldığını xatırladan izlər, aksiz markasındakı uyğunsuzluq, çöküntü, bulanıqlıq və məhsulun mənşəyini təsdiqləyən sənədlərin olmaması xəbərdarlıq siqnalıdır. Lakin ən təhlükəli saxtaların zahirən orijinaldan demək olar ki, fərqlənmədiyini də unutmaq olmaz.

Ona görə də məşhur marka adı həmişə şüşənin içindəkini göstərmir. Kənardan “bahalı rus arağı” təsiri bağışlayan məhsulun arxasında hansısa zirzəmidə doldurulmuş naməlum spirt dayana bilər. Belə halda bir neçə manatlıq qənaətin qiyməti sağlamlıq, görmə qabiliyyəti, hətta insan həyatı ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:314
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 Oktyabr 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri