Bakıda Dünya Xalqları Mədəniyyət Festivalı keçirilir
Icma.az bildirir, Kulis.az portalına istinadən.
ADA Universitetində ənənəvi 13-cü Beynəlxalq Dünya Xalqlarının Mədəniyyəti Festivalı keçirilir.
Kulis.az xəbər verir ki, festival çərçivəsində ADA Universiteti Yaponiya, Malayziya, Çin, Türkiyə və Avropa İttifaqı ölkələri də daxil olmaqla, dünyanın 50-yə yaxın ölkəsinin mədəniyyətlərini nümayiş etdirəcək bir platformaya çevrilib.
Festivalda müxtəlif ölkələrin səfirləri, diplomatik korpus nümayəndələri və 100-dən çox xarici qonaq iştirak edir.
Qeyd edək ki, festivalda təmsil olunan ölkələrin milli mədəniyyəti, milli mətbəx nümunələri, kitablar, bukletlər və çap məhsulları beynəlxalq və yerli tələbələr tərəfindən nümayiş etdirilir.
Məşhur müğənninin konserti ləğv edildi - Səbəb Maqsud İbrahimbəyov - 90 - Fotolar "O, Müşfiqə görə Səməd Vurğuna şillə vurub" - Xalq artisti
