Icma.az
close
up
RU
Bakıda Eqmont Qrupunun 32 ci plenar iclası keçirilib

Bakıda Eqmont Qrupunun 32 ci plenar iclası keçirilib

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda Maliyyə Monitorinqi Xidmətinin təşkilatçılığı ilə Maliyyə Kəşfiyyatı Orqanlarının vahid beynəlxalq təşkilatı olan Eqmont Qrupunun 32-ci Plenar İclası keçirilib.

"APA-Economics" xəbər verir ki, 5–10 iyul 2026-cı il tarixlərini əhatə edən tədbirdə dünyanın müxtəlif ölkələrini təmsil edən maliyyə kəşfiyyatı orqanlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Plenar iclas, İşçi və Regional Qrupların görüşləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə (ƏL/TMM) beynəlxalq əməkdaşlığın gücləndirilməsi, maliyyə kəşfiyyatı sahəsində aktual çağırışlar və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Eqmont Qrupunun sədri Elżbieta Franków-Jaśkiewicz plenar iclası açaraq bildirib ki, tədbir maliyyə kəşfiyyatı orqanlarının bir araya gələrək fikir mübadiləsi apardıqları və maliyyə cinayətləri ilə mübarizədə birgə fəaliyyətlərini gücləndirdikləri mühüm platformadır.

Daha sonra söz Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) Prezidenti cənab Giles Thomsona verilib. O, çıxışında maliyyə cinayətləri ilə mübarizədə beynəlxalq əməkdaşlığın, maliyyə kəşfiyyatı məlumatlarının operativ mübadiləsinin və qlobal tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.

Açılış mərasimində çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanın ilk dəfə Eqmont Qrupunun Plenar İclasına ev sahibliyi etməsi ölkəmizin beynəlxalq maliyyə təhlükəsizliyi sahəsində əməkdaşlığa verdiyi önəmin göstəricisidir. Nazir qeyd edib ki, sürətli rəqəmsallaşma və maliyyə texnologiyalarının inkişafı fonunda dövlət və özəl sektor arasında tərəfdaşlığın gücləndirilməsi, maliyyə kəşfiyyatı orqanları ilə aidiyyəti qurumlar arasında operativ məlumat mübadiləsinin genişləndirilməsi maliyyə cinayətləri ilə mübarizənin effektivliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə çıxışında bildirib ki, Azərbaycan üçün Eqmont Qrupunun nümayəndələrini Bakıda qəbul etməkdən məmnunluq duyur. O qeyd edib: "Əminik ki, keçirilmiş müzakirələr beynəlxalq əməkdaşlığın daha da möhkəmlənməsinə və maliyyə cinayətləri ilə mübarizədə ortaq səylərimizin inkişafına mühüm töhfə verəcək."

2026-cı il Plenar İclasının əsas mövzularından biri maliyyə cinayətlərinin dəyişən xarakteri fonunda dövlət–özəl sektor tərəfdaşlığının gücləndirilməsi olub. Bu çərçivədə maliyyə kəşfiyyatı orqanları, hüquq-mühafizə və nəzarət qurumları, eləcə də maliyyə sektoru nümayəndələri arasında məlumat mübadiləsinin və birgə fəaliyyət mexanizmlərinin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılı.

Eqmont Qrupu dünya üzrə maliyyə kəşfiyyatı orqanlarını birləşdirən beynəlxalq təşkilat olaraq üzvlər arasında təhlükəsiz informasiya mübadiləsini, peşəkar inkişafı və maliyyə cinayətləri ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsini təşviq edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 İyul 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri