Icma.az
close
up
RU
Koordinasiya Şurası Eqmont Qrupunun Bakıda keçiriləcək plenar iclasına dair İş Planını təsdiqləyib

Koordinasiya Şurası Eqmont Qrupunun Bakıda keçiriləcək plenar iclasına dair İş Planını təsdiqləyib

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının (Koordinasiya Şurası) növbəti iclası keçirilib, Eqmont Qrupunun Bakıda keçiriləcək plenar iclasına dair İş Planı təsdiqlənib.

Nazirlər Kabinetindən Moderator.az-a verilən xəbərə görə, iclası giriş sözü ilə açan Baş Nazirin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov dünya ölkələrinin Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ci plenar iclasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair qərarını ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunun daha bir bariz göstəricisi olduğunu qeyd edib.

Diqqətə çatdırılıb ki, bu tədbirin ölkəmizdə layiqli və yüksək səviyyədə keçirilməsi ilə bağlı müvafiq təşkilati-hazırlıq işlərinin həyata keçirilməsi üçün aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi Koordinasiya Şurasına həvalə olunub.

Eqmont Qrupu çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində milli maliyyə kəşfiyyatı qurumlarının fəaliyyətinə və aralarında qarşılıqlı məlumat mübadiləsinə dəstək vermək məqsədilə 1995-ci ildə təsis edilib. Ölkəmiz isə 2011-ci ildə tamhüquqlu üzv qismində bu qrupa qoşulub.
Koordinasiya Şurasının üzvləri və Şura iclasına dəvət olunmuş bir sıra dövlət orqanlarının nümayəndələri tərəfindən Eqmont Qrupunun 32-ci Plenar İclasının keçirilməsinə dair məsələlərin ətraflı müzakirəsinin yekunu olaraq İş Planı təsdiq edilib.

İclasda həmçinin, Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə Avropa Şurasının MONEYVAL Komitəsinə təqdim edilmiş tərəqqi hesabatı barədə məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin FATF standartlarına uyğunlaşdırılması sahəsində mühüm irəliləyiş əldə edilib. Bu çərçivədə FATF-ın 7 tövsiyəsi üzrə ölkəmizin reytinqinin qaldırılması gözlənilir.

Bundan əlavə, iclasda ölkədə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı digər məsələlər də müzakirə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Dekabr 2025 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2018

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see236

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see198

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see178

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see155

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see146

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see144

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see138

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see134

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see133

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see130

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see128

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see128

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri