Icma.az
close
up
RU
Bakıda estetik əməliyyata girən Nərmin evində ölü tapıldı Həkim sertifikasiya komissiyasından keçə bilməyib? Açqılamalar + FOTOLAR (Yenilənib)

Bakıda estetik əməliyyata girən Nərmin evində ölü tapıldı Həkim sertifikasiya komissiyasından keçə bilməyib? Açqılamalar + FOTOLAR (Yenilənib)

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda idman kompleksinin həyətində 23 yaşlı qızın meyiti tapılıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə dekabrın 18-nə keçən gecə saat 03 radələrində Xətai rayonu Xocalı prospektində baş verib.

Xocalı prospekti 25 ünvanında yerləşən idman kompleksinin həyətində Bakı şəhər sakini 2001-ci il təvəllüdlü Nərmin Bəylər qızı İsgəndərovanın meyiti aşkar edilib. İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlaməti aşkar edilməyib.

Gənc qızın kompleksin həyətinə hansı məqsədlə gəlməsi, ölüm səbəbi və sair hələlik müəyyənləşməyib. N.İsgəndərovanın mütəmadi olaraq idman zalına getdiyi və buna dair görüntüləri sosial şəbəkə səhifəsində paylaşması məlum olub.

Faktla bağlı araşdırmalar aparılır.

***

Oxu.Az-ın məlumatına görə, Nərmin bir neçə gün əvvəl bədənşəkilləndirmə əməliyyatı etdirib. Daha sonra onun vəziyyəti pisləşib.

Nərminin həm də sosial media fenomeni olduğu deyilir 

***

Bakıda daha bir gənc qız plastik əməliyyatın qurbanı olub.
Ma.az Milli az.a istinadla xəbər verir ki, hadisə Mərcan klinikasında baş verib.
Belə ki, 23 yaşlı Nərmin İsgəndərova doktor Nurlan Həsənliyə qarın gərmə və bədən şəkilləndirmə əməliyyatı etdirib.
Foto: Nurlan Həsənli

Qızın anası Şahnaz Mehdiyevanın sözlərinə görə, qızı əməliyyata görə 5000 manat ödəniş edib. Əməliyyatdan bir müddət sonra xəstənin yarasından çirkli su axmağa başlayıb. Xəstə bu barədə həkimə məlumat versə də, təəssüf ki, həkim xəstəsinə laqeyd yanaşıb.

Ailəsi bildirir ki, gənc qız öz hesabına irin axan yarasına dərmanlar tapmağa çalışıb. Lakin yolda halı pisləşib və ordaca dünyasını dəyişib.
Qeyd edək ki, vəfat edən Nərmin Mehdiyeva bloger fəaliyyəti ilə məşğul olub. Bir qızı var.

***

Bloqer Nərmin Bəylər qızı İsgəndərovanın (Mehdiyevanın - red.) vəfatı ilə bağlı günahkar qismində adı hallanan "Mərcan Medicare" klinikasının baş həkimi Araz Ağayev iddialara cavab verib.

O, Oxu.Az-a açıqlamasında bu fikirləri səsləndirib:

"2001-ci il təvəllüdlü İsgəndərova Nərmin Bəylər qızının 20.11.2024 tarixində bizim klinikada plastik cərrah Oruc Məmmədov tərəfindən əməliyyatı icra olunub. Xəstə əməliyyatdan bir neçə gün sonra kafi vəziyyətdə cərrah nəzarətində olmaqla ambulator müalicəyə yazılıb. Bundan sonra bir-iki dəfə sarğıya gəlib, hər hansı ciddi narahatlığının olduğu müşahidə edilməyib.

Sonralar xəstə təkrar müayinəyə və baxışa çağırılsa da, gəlməkdən imtina edib. Mətbuatda adı gedən Nurlan Həsənli Rusiyada tibb təhsili alıb, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikamızda həkim köməkçisi kimi fəaliyyət göstərir".

Baş həkim qeyd edib ki, "Mərcan Medicare" klinikasının İqtisadiyyat Nazirliyinin 23 noyabr 2021 tarixli in/l-470/2021 nömrəli qeydiyyat nömrəsi ilə verilmiş lisenziyasına əsasən "plastik cərrahiyyə" fəaliyyəti ilə məşğul olmağa icazəsi var: "Həmçinin, adıçəkilən tibb işçilərinin Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq fəaliyyəti davam edir.

Onu da qeyd edim ki, N.İsgəndərova bizim klinikamızda deyil, bir aydan sonra naməlum səbəbdən vəfat edib".

Baş həkim əməliyyata görə bloqerin 5 000 manat ödəniş etməsi ilə bağlı səslənən fikirlərin yanlış olduğunu deyib: "Min neçə manatsa pul verilib, çeklərə baxmaq lazımdır. Beş min manat ödəniş olmayıb. Yarasından irin gəlməsi ilə bağlı onu deyə bilərəm ki, bu barədə həkimə müraciət edilməlidir. Lap deyək ki, həkim cavab vermir, klinikaya gəlmək lazımdır. İddialar uyğunsuz səslənir. Əməliyyatdan bir ay keçib. Klinikadan çıxandan sonra da əməliyyat fotoları var idi".

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://mia.az
archiveBu xəbər 19 Dekabr 2024 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri