Bakıda ev qiymətinə telefon nömrələri satılır FOTO
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son zamanlar mobil operatorların xüsusi indeksli və nadir kombinasiyalı telefon nömrələri onlayn elan platformalarında astronomik qiymətlərlə satışa çıxarılır.
Bəzi SİM-kartların qiymət etiketləri hətta paytaxt Bakıda tam təmirli mənzil qiyməti ilə yarışacaq həddə çatıb.
Redaktor.az "Yeni Sabah"a istinadla xəbər verir ki, təqdim olunan elanlar arasında ən bahalı təkliflər sırasına 120 000 manatlıq qiymətlə "(050) 666-66-66" və "(051) 555-55-55" nömrələri rəhbərlik edir. Eyni rəqəmlərin ardıcıl təkrarlanmasından ibarət olan bu kombinasiyalar faktiki olaraq mənzil qiymətinə təklif olunur.
Diqqət çəkən digər yüksək qiymətli elanlar isə aşağıdakılardır:
(050) 288-88-88 nömrəsi üçün satıcı 85 000 manat tələb edir.
(051) 900-00-00 nömrəsi isə 72 000 manata alıcı axtarır.
Bir çoxları bu cür "qızıl" nömrələrin dəyərini onların yaddaşda asan qalması və müəyyən biznes və ya status göstəricisi sayılması ilə izah edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:284
Bu xəbər 02 Oktyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















