Icma.az
close
up
RU
Bakıda evlər ucuzlaşacaq: İlk addım atıldı

Bakıda evlər ucuzlaşacaq: İlk addım atıldı

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan hökuməti tikinti sahəsində onlayn xidmətlərin mövcudluğu və etibarlılığını artırmaq məqsədilə yeni tədbirlər paketi hazırlayır. 

Bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)" indikatoru üzrə 2025-ci il Yol Xəritəsində öz əksini tapıb. Layihəyə əsasən, Elektron Tikinti Portalının (e-tikinti.gov.az) təkmilləşdirilməsi nəzərdə tutulur. Bununla tikinti icazələrinin alınması daha da asanlaşacaq. Bu addımlar həm icazə proseslərini sürətləndirməyi, həm də vətəndaşlar və şirkətlər üçün əlavə rahatlıq yaratmağı hədəfləyir. 

Bəs bu layihə birbaşa evlərin qiymətinə təsir edəcəkmi?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, hələlik bu layihənin daşınmaz əmlak bazarına birbaşa təsiri barədə konkret fikir bildirmək çətindir. Onun sözlərinə görə, çox güman ki, burada əsas məqsəd müraciətlərin elektronlaşdırılması ilə bağlı normativlərin tətbiqidir: 

“Müvafiq qurumlar da bu istiqamətdə çalışır ki, müraciətlər elektron qaydada həyata keçirilsin. Ona görə ki, bir az bürokratik əngəllər məsələsi var. Dövlət qurumlarında vətəndaş sənədləri təqdim edir və həmin sənədlər bəlli olmayan vaxta kimi qalır, sonra baxılır. Yeni sistemin əsas məqsədi sənəd dövriyyəsini sürətləndirmək və bürokratik əngəlləri aradan qaldırmaqdır. 

Vətəndaş elektron qaydada müraciət edəcək, qanunvericiliyin tələblərinə uyğun olaraq rüsumlar müəyyən olunacaq və cavab da elektron şəkildə veriləcək. Yəni vətəndaş düşünməsin ki, onu kimsə aldadır, bilərək sənədi gizlədir, uzadır və s. Bu sistem  vətəndaş-məmur təmasını azaldaraq şəffaflıq yaradacaq. Zamanla baxaq görək bu sistem real necə işləyəcək”. 

Elnur Azadov qeyd edib ki, ölkədə yüzlərlə tikinti şirkəti olmasına baxmayaraq, son 5-6 il ərzində onlar müsbət nəticə əldə edə bilməyiblər: 

“Məsələn, hər hansı ticarət obyektinin tikintisində bu sistemdən istifadə oluna bilər. Amma əsas sual budur ki, çoxmənzilli binaların tikintisində də bu sistem tətbiq olunacaqmı? Çünki yaşayış komplekslərinin, çoxmənzilli binaların tikintisi bazarda ən vacib məsələdir. Ölkədə yüzlərlə tikinti şirkəti var. 5-6 ildir tikinti şirkətləri müraciət etsə də, müsbət nəticə əldə edə bilmədiyinə görə, daşınmaz əmlak bazarında qıtlıq var və bu da qiymətlərin artmasına səbəb olub. Daşınmaz əmlakın bazarında birbaşa bahalaşmanın səbəbi budur”. 

Ekspert vurğulayıb ki, yaxın 1-2 il ərzində tikinti şirkətləri bazara böyük həcmdə mənzil çıxarsa, rəqabət artacaq və nəticədə qiymətlər düşəcək: 

“Əvvəllər deyirdilər ki, müraciətlərin baxılmasının gecikməsi Bakı şəhərinin Baş Planı ilə bağlıdır. Əgər yeni sistem şəffaf işləsə, müraciətlər elektron qaydada qəbul olunsa və çoxmənzilli bina tikən şirkətlər də prosesə daxil edilsə, bu, çox müsbət nəticələr verə bilər. 

Belə olduqda, tikinti şirkətləri qısa müddətdə cavab ala biləcək, məmurdan asılı olmayacaq, onlara müvafiq qanunauyğun cavab veriləcək. İki-üç ildən sonra bazara böyük həcmdə yeni mənzillər çıxarılsa, rəqabət artacaq. Rəqabət olduğu halda isə qiymətlərin ucuzlaşması qaçılmaz olacaq”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri