Icma.az
close
up
RU
Bakıda evləri Dövlət Komitəsi bahalaşdırır?

Bakıda evləri Dövlət Komitəsi bahalaşdırır?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində vətəndaşlar tərəfindən heç bir dövlət qurumu tərəfindən qeydiyyata alınmayan, qanunsuz şəkildə quraşdırılmış qaz sayğacları aşkarlanıb.

“Azəriqaz” İstahsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi tərəfindən əraziyə baxış keçirilib və müəyyən olunub ki, qeyd olunan sayğaclar heç bir rəsmi sənədlə təsdiqlənməyib və qanunsuz şəkildə istifadə olunub. Aparılmış araşdırma nəticəsində həmin qaz sayğacları demontaj edilərək çıxarılıb və aidiyyəti üzrə anbarda mühafizəyə təhvil verilib.

Qeyd edək ki, ölkədə sənədsiz evlərə kommunikasiya xətlərinin çəkilməsi ilə bağlı qanun  dəyişəndən sonra sənədsiz evlərə sayğaclar, xüsusilə də qaz sayğacları qoyulmur. Kommunikasiya xətlərinin olmaması isə ev tikintisini xeyli azaldıb, torpaq satışı demək olar ki, sıfıra enib. "Kupca"sız ev və torpağın müştəri sayı azalıb. Bu proses həm evləri bahalaşdırıb, həm ucuzlaşdırıb. Sənədsiz, sayğacsız evlərin qiyməti çox düşüb, hətta 30-40 minə qədər ucuzlaşıb. "Kupca"lı evlər isə dəhşətli dərəcədə qalxıb.

Maraqlıdır, heç bir qeydiyyata alınmayan qaz sayğacları sənədsiz evlərə necə quraşdılır və "kupça"lı evlər bahalaşmaqda davam edəcəkmi?

Məsələ ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov "Cebheinfo.az"a bildirib ki,  sayğacların kim tərəfindən, hansı formada ərsəyə gəlməsi yalnız həmin dövlət qurumuna bağlıdır: 

"Çox güman ki, o sayğacların qanunsuz şəkildə quraşdırılması və qeydiyyata alınması o qurumla əlaqədardır. İstehlakçı özü üçün qanunsuz bir sayğac quraşdıra bilər, kütləvi şəkildə bu mümkün deyil. Əgər kütləvi şəkildə bu tətbiq edilirsə, demək ki, müəyyən “işbaz”ların vasitəsilə bu reallaşa bilər"."Kupça"sız evlərə gəldikdə, ekspert deyib ki, ötən il oktyabr ayının 1-dən torpağın, əmlakın çıxarışı olmayan evlərə kommunikasiya xətlərinin çəkilməsinə qanunla qadağa qoyulub:

"Bu da bazarda artıq müəyyən qədər öz əksini göstərib. Gələcəkdə 500-600 min evlərə veriləcək amnistiyaya gəldikdə, bu çox qəliz prosesdir.
Bu yaxın 1-2 il ərzində baş tutmayacaq. Çünki normativ qanunlarda müəyyən dəyişikliklər aparılmalıdır. Ən böyük problem odur ki, heç bir sənədi olmayan əmlakın sənədləşməsi necə gedəcək. Əgər hər hansı, bələdiyyə, sərəncam və ya digər əsaslandırıcı sənədi varsa, bu istiqamətdə ciddi problem olmayacaq. Ümumiyyətlə, heç bir sənədi olmayan əmlakların leqallaşması üçün qanunda heç bir əsas yoxdur. Bu baxımdan, qanunda bir çox dəyişiklik olmalıdır. Bütün əmlaklar son 100 illikdə ərsəyə gəlib. 

Sovet dövründə, bu rejim dağılanda, bələdiyyələr yarandıqda və ondan sonrakı dövrlərdə də olub. Bu gün şəhəri birmənalı olaraq inşaat şirkətləri tikir. Hökumət yalnız dövlətə aid binaları tikir və onların da sayı çox deyil. Tikinti şirkətlərinə də son 5-6 ildir demək olar ki, sərəncam verilmir. 
Tikinti şirkətləri arasında rəqabət yoxdur və yaxın 6 ay ərzində də gözlənilmir. Arxitektura Komitəsinin bu cür yanaşması daşınmaz əmlakın 50 faiz bahalaşmasına gətirib çıxarır. Əvvəllər ipoteka üçün 250 milyard manat ayrılırdısa, indi 500 milyarda gəlib çıxıb.

Dövlətin buna nə qədər artıq məsrəfi yol verir. Dövlət qurumlarının öz aralarında düzgün koordinasiyalı olmaması, bəzi hallarda lazımsız müdaxilələr ona gətirib çıxarır ki, həm vətəndaşlar, həm də iş adamları bundan  əziyyət çəkir, eləcə də hökumət artıq xərc çəkir.Bəzi iqtisadçılar, məmurlar belə çıxış edirlər ki, daşınmaz əmlak bahalaşmalıdır. Xeyr, heç də bahalşmamalıdır. Daşınmaz əmlak hamıya əlçatan olmalıdır.

"Ağ şəhər"də bünövrədən başlayıb 1 kvadratmetrin qiyməti 5 minə çatıb. Bu, normal deyil. Sadəcə müsbət tərəf odur ki, riskli binalar var və hökumət bununla bağlı dövlət qurumlarına təzyiq etməyə başlayıb. Bəlkə bunun sayəsində tikinti şirkətləri pilot layihələrə başlayalar".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: evlər bahalaşma Dövlət Komitəsi Elnur Azadov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Aprel 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see410

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see302

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see271

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see248

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see232

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see212

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see210

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see203

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see199

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see198

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see188

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see184

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see183

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see182

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see179

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see177

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see176

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see170

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see169

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri