Bakıda əvvəl oğurluq etdiyi evdə yenidən eyni əməli törədən şəxs saxlanıldı
Pravda.az-dan verilən məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda əvvəl oğurluq etdiyi evdə yenidən eyni əməli törədən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, fevralın 22-də paytaxtın Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Əməli törətməkdə şübhəli bilinən 18 yaşlı T.Hüseynzadə saxlanılıb. Araşdırmalarla onun həmin evdən əvvəllər 12 min manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da məlum olub.
Faktla bağlı araşdırma aparılır.

Bakıda 27 il əvvəl qətl törədən şəxs hökmdən narazıdır
04 Noyabr 2024 17:37
TikTokda saxta iş elanı: Bu əməli törədən şəxs məsuliyyətə cəlb edilməlidir Hüquqşünas
22 Yanvar 2025 14:20
Bakıda 3 ay əvvəl qəza törədən gənc öldü
06 Noyabr 2024 09:24
Bakıda 27 il əvvəl qətl törədən şəxslə bağlı QƏRAR
20 Noyabr 2024 08:40
