Icma.az
close
up
RU
Bakıda falçıdan ağlasığmaz əməllər Müharibədən qoruma cadusu üçün 32 min alıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Bakıda falçıdan ağlasığmaz əməllər Müharibədən qoruma cadusu üçün 32 min alıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Bakıda falçı qadın iki həmcinsini ağlasığmaz şəkildə aldadıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, falçılıqla məşğul olan Nuridə (ad dəyişdirilib-red) dələduzluq ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib. "Bandotdel" tərəfindən tutulduqdan sonra məhkəmə qərarı ilə həbs edilib. Lakin iki ay sonra ev dustaqlığına çıxa bilib.

Sözügedən falçı müştərilərini başlarına gələcək hər cür bədbəxt hadisələrdən qorumaq adı ilə onlardan ümumilikdə 75 min manat alıb.

Onun əməllərindən zərər çəkənlərdən biri Ukrayna vətəndaşıdır. Anastasiya ali təhsillidir, xeyli müddətdir Bakıda yaşayır. Onu falçı ilə rəfiqəsi tanış edib. Elə zərərçəkmişin digəri də odur.

Anastasiya falçıya üz tutmasının səbəbini mənəvi cəhətdən iztirablara məruz qalması ilə əlaqələndirir. Deyir ki, ailə üzvləri ilə arasının pisləşməsi, həmçinin azyaşlı övladının səhhətindəki səbəbsiz problemlər onun psixologiyasına pis təsir edib. Bütün bu problemlərlə üz-üzə olduğu bir vaxtda rəfiqəsi ona falçıya getməsini təklif edib.

İlk tanışlıq günü falçı Anastasiyanın üzünə baxan kimi onun üzərində qara qüvvələr olduğunu, dərhal təmizlənməsinin vacibliyini deyib. Qadın ilk rituallar üçün falçı Nuridəyə 8 min manat pul verib.

Bununla da baxıcı onu ələ alaraq növbəti planlarını işə salıb. Sonrakı seansda falçı zərərçəkmişi elə sözlərlə aldadıb ki, ukraynalı inanıb.

O, Anastasiyaya guya Ukraynada yaşayan qohumlarını müharibə təhlükəsi gözlədiyini, onları müdafiə etmək üçün də cadular edilməli olduğunu deyib. Qorunma ritualına başlamaq üçün də xaricdən xüsusi bir güllə alınması vacib imiş. Güllənin alınması zərərçəkmişə 4 min manata başa gəlib. Bundan sonra Anastasiya Ukraynadakı yaxınlarını qorumaq məqsədilə üç ay ərzində falçıya gündəlik olaraq azı 50-100 manat məbləğində pul verib. Bu pul müxtəlif vaxtlarda günə 600-700 manat olub. Ümumilikdə falçı "mühafizəsi"ona 32 min manata başa gəlib.

Anastasiyanın sözlərinə görə, elə ovsunlanıb ki, bütün dost-tanışından da ayrılıb: "Məni elə gipnoz etmişdi ki, heç kimlə münasibət qurmurdum. Hamıdan kənarlaşmışdım. Ondan başqa kimləsə əlaqədə olmağa qadağa qoymuşdu. Hətta məni həyat yoldaşımdan da uzaqlaşdırmaq istəyirdi. Deyirdi ki, sənə ölümcül cadunu elə ərin edib. Elə bir vəziyyət yaranmışdı ki, ondan tam asılı hala düşmüşdüm. Təsəvvür edin, elə etibarım yaranmışdı ki, bank kartımın kodunu onun təvəllüdünü qoymuşdum. Bundan əlavə, bütün xərclərini mən qarşılayırdım".

İş o yerə çatıb ki, falçı zərərçəkmişə yaxşı xidmət göstərməsi üçün ondan yeni ev almasını istəyib. Zərərçəkmiş buna da inanıb. Ev almaq üçün "Porsche" markalı avtomobilini saytlarda satışa qoyub. Məhz bundan sonra Anastasiyanın ailəsi olanlardan xəbər tutub.

Onun falçıya müharibənin dəhşətlərindən qorunma və digər cadu-pitilər üçün 53 min manatdan artıq pul verdiyi ortaya çıxıb. Ailəsinin dəstəyi nəticəsində ukraynalı xanım aldanıldığını dərk edərək polisə şikayət edib.

Təqsirləndirilən şəxsin həm Anastasiya, həm də digər zərərçəkmişlə görüş üçün seçdiyi yer də maraqlıdır. Belə ki, Nuridə onlardan pulu dəfələrlə Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısındakı parkda alıb. Sanki bu işin sonunun onu elə həmin məhkəməyə gətirəcəyini də bilirmiş...

Təqsirləndirilən falçının digər qurbanı Həcərdir (şərti). Həcər də rəfiqəsi Anastasiya kimi ali təhsillidir. Nuridəni üç ildir tanıyan qadın mütəmadi olaraq onun yanına gəlib-gedib.

Həcərin sözlərinə görə, baxıcı onun falına baxaraq ölümü üçün cadu edildiyini, "kəfəndəndönmə" ritualı icra etməli olduğunu deyib. Bu məqsədlə qara toyuğun yumurtalarının lazım olduğunu bildirib. Həmçinin başqa ailə üzvlərinin də "təmizlənməli" olduğunu deyərək təkrar-təkrar ondan pul alıb: "Məni inandırmışdı ki, hər ritual zamanı yeni düyünlər çıxır, bunun da təmizlənməsi əlavə xərc tələb edir. Anamın və qardaşlarımın sağlamlığı üçün ceyran dərisinin üstünə ərəb hərfləri yazılmış qoruyucu düzəldib vermişdi. Hər qoruyucu üçün məndən 600 manat alırdı".

Zərərçəkmiş falçıya xidmətləri üçün ümumilikdə 21 min 500 manat pul verib.

İstintaq vaxtı müstəntiq zərərçəkmişləri ayrı-ayrılıqda təqsirləndirilən şəxslə üzləşdirib. Onlar hər şeyi falçının üzünə deyərək onu ifşa ediblər. Təqsirləndirilən falçı isə ittihamların heç birini qəbul etmir. O, zərərçəkmişlərdən xidmət haqqı kimi cəmi 300-400 manat pul aldığını deyir.

İş üzrə ilkin istintaq bu yaxınlarda tamamlanıb. Yaxında məhkəmə araşdırması başlayacaq. Təqsiri sübuta yetirilərsə, xanım müttəhim 10 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://baku.ws
archiveBu xəbər 20 Noyabr 2024 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see253

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see147

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Naringi yeyən qadın boğulub öldü

03 İyun 2025 17:36see114

Niko Uilyams Atletiklə danışıqlara başlayıb

03 İyun 2025 16:34see112

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see112

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see110

Gürcüstan bu şəxslər üçün ölkədə yaşamaq prosesini sadələşdirir

03 İyun 2025 16:33see110

Bakı Sumqayıt qatarlarından istifadə edənlərin DİQQƏTİNƏ! KONKRET

03 İyun 2025 16:58see110

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see110

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see110

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see109

Neçə yaşdan sonra sürücülük vəsiqəsi verilmir? RƏSMİ

03 İyun 2025 16:43see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri