Icma.az
close
up
RU
Bakıda FIG “Gimnastika hamı üçün” kollokviumunun açılış mərasimi olub

Bakıda FIG “Gimnastika hamı üçün” kollokviumunun açılış mərasimi olub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycan Gimnastika Federasiyasının (AGF) təşkilatçılığı ilə UNESCO-nun himayədarlığı altında Bakıda keçirilən FIG “Gimnastika hamı üçün” kollokviumunun açılış mərasimi olub.

AGF-dən AZƏRTAC-a bildirilib ki, gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda 2013-cü ildən etibarən inkişaf etdirilən bu növün hazırda Bakıda və regionlarda sürətlə yayıldığını, keçirilən “Challange” tədbirlərini xüsusi vurğulayıb. Həmçinin nazir kollokvium çərçivəsində ölkəmizə səfər edən Beynəlxalq Gimnastika Federasiyasının “Gimnastika hamı üçün” növü üzrə komitə sədri Roqerio Valerio ilə görüş zamanı gimnastikanın inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və bu sahədə təcrübə mübadiləsini müzakirə edib.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Seymur Fətəliyev gimnastikanın inklüziv və əhatəli inkişafının vacibliyini qeyd edib. Bu tədbirin təşkil edilməsinin gimnastikanın daha geniş kütlələrə yayılmasına və sağlam həyat tərzinin təşviqinə geniş imkanlar açdığını bildirib. Həmçinin o, bu kollokvium çərçivəsində aparılan müzakirələrin və mübadilə edilən təcrübələrin gimnastikanın qlobal səviyyədə daha geniş yayılmasına və idmanın hər kəs üçün əlçatan olmasına mühüm töhfə verdiyini, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının hər zaman idmanın inkişafı ilə bağlı layihələrə dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

AGF-nin baş katibi Fatimə Şəfizadə isə kollokvium müddətində keçiriləcək seminarların və müzakirələrin bu gimnastika növünün gələcək inkişafı üçün vacibliyini vurğulayıb.

Bununla da kollokvium öz işinə başlayıb. 3 gün davam edəcək tədbirdə beynəlxalq ekspertlər, məşqçilər və gimnastika həvəskarları bir araya gələrək təcrübə mübadiləsi aparacaq, müasir inkişaf strategiyalarını müzakirə edəcəklər. Tədbir idmanın cəmiyyətə inteqrasiyası, sağlam həyat tərzinin təbliği və gimnastikanın daha geniş auditoriya üçün əlçatan olması kimi mövzulara diqqət yetirəcək. 39 ölkədən 52 nümayəndənin iştirak etdiyi tədbir bu növ üzrə Azərbaycanda keçirilən ilk kollokviumdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri