“Bakıda “Formula 1″in keçirildiyi məkan dəyişə bilər” Emin Ağalarov
Icma.az, Yenicag portalına istinadən məlumat verir.
“”Formula 1″ Azərbaycan Qran-Prisinin keçirildiyi məkanın dəyişdirilməsi məsələsi müzakirəyə çıxarılıb”.
Yenicag.az xəbər verir ki, bunu “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov “RIA Novosti” agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə “Sea Breeze” kurortunun ərazisində alov formasında, ümumi sahəsi 200 hektar olan süni adanın salınması planlaşdırılır. Azərbaycanın tarixən “Odlar yurdu” adlandırılmasından ilhamlanaraq “Fire Island” adlandırılan layihənin yüksəksəviyyəli yarışları, dünya memarlıq ulduzlarının layihələrini və premium daşınmaz əmlakı özündə birləşdirməklə Xəzər dənizi turizminin simasını dəyişəcəyi gözlənilir.
Bildirilib ki, layihənin ümumi dəyəri təxminən 15–16 milyard dollar qiymətləndirilir. Bu məbləğin 1 milyard dolları süni adanın yaradılmasına yönəldiləcək. Adada nəzərdə tutulan daşınmaz əmlakın tikintisi isə sıxlıq və kvadratmetr göstəricilərindən asılı olaraq təxminən 10–15 milyard dollara başa gələcək./“Unikal” /
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 20 Fevral 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















