Bakıda “Formula 1”in keçirildiyi küçələrdə hərəkət bərpa olunub
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Formula-1” Azərbaycan Qran-prisi 2026 ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub.
İdman.Biz xəbər verir ki, əsas yarış başa çatdıqdan dərhal sonra halqa infrastrukturu və Azneft dairəsində yerləşən tribunaların sökülməsinə başlanılıb. Görülən işlərdən sonra şəhərin mərkəzi küçələri mərhələli şəkildə yenidən nəqliyyatın istifadəsinə verilib.
Yarışın keçirildiyi bəzi küçələrdə tətbiq olunan məhdudiyyətlər bu gün saat 00:00-dan etibarən aradan qaldırılıb.
Saat 12:30-dan etibarən Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Zərifə Əliyeva və Puşkin küçələrinin kəsişməsinədək olan hissə istisna olmaqla, yollarda hərəkət tam bərpa edilib.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-prisi həftəsində şəhərin mərkəzi hissəsində nəqliyyatın daha rahat təşkili üçün əlavə imkanlar yaradılmışdı. Səhər və axşam saatlarında bir sıra əsas istiqamətlər üzrə tranzit dəhlizlər açıq saxlanılmışdı.
2026-cı ildə bu imkanlar daha da genişləndirilib. İlk dəfə olaraq Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 27 Sentyabr 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















