Icma.az
close
up
RU
Bakıda gözlənilən proses başlayır? Paytaxtdan 200 300 km aralıdakı rayonlar…

Bakıda gözlənilən proses başlayır? Paytaxtdan 200 300 km aralıdakı rayonlar…

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Böyük şəhərlərdən, xüsusilə Bakıdan kəndlərə kütləvi qayıdış ehtimalı yenidən gündəmə gəlib. Bildirilir ki, bahalaşma, nəqliyyat sıxlığı, psixoloji gərginlik kimi amillərlə yanaşı, artıq yağışlar nəticəsində yaranan subasma da şəhər həyatını getdikcə çətinləşdirir.

Bəs hazırda insanların eyni intensivliklə yenidən kəndlərə qayıtması mümkündürmü?

Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, zaman-zaman inkişaf tendensiyalarına uyğun olaraq əhalinin ölkədaxili miqrasiyası daim baş verib:

“Bu, dünya təcrübəsində normal proses hesab olunur. Türkiyə, İran və digər qonşu ölkələrdə olduğu kimi insanlar əsasən iş imkanlarının daha geniş olduğu böyük şəhərlərə üz tuturlar. Bunun əsas səbəbi sənaye və xidmət sektorlarının inkişafı, eləcə də sosial infrastrukturun paytaxt və iri şəhərlərdə daha yaxşı qurulmasıdır. Nəticədə kəndlərdən şəhərlərə kütləvi köç müşahidə olunur. Eyni tendensiya Rusiya, Ukrayna və Belarus kimi ölkələrdə də qeydə alınıb. Lakin şəhərə köçüb orada adaptasiya olan insanların yenidən kəndlərə qayıtması demək olar ki, kütləvi xarakter almır. Dünya təcrübəsində bu proses çox zəif müşahidə olunur. Məsələn, İstanbul kimi milyonlarla əhalisi olan şəhərdə yaşayanların böyük hissəsi müxtəlif bölgələrdən köçənlərdir və dönüş halları çox nadirdir. Azərbaycan üçün də vəziyyət oxşardır. Ölkə kiçik olsa da, regionlardan paytaxta axın davam edir”.

İlqar Hüseynli

Ekspert bildirib ki, əks miqrasiyanın baş verməsi üçün regionlarda kiçik və orta sahibkarlığın inkişafına ciddi investisiyalar qoyulmalıdır:

“Dövlət maliyyə resurslarına və xüsusilə aşağı faizli kreditlərə əlçatanlığı təmin etməlidir. İnsanlar yalnız iqtisadi imkanlar olduqda kəndlərdə fəaliyyət qurmağa maraq göstərirlər. Hazırda Azərbaycanın kənd və qəsəbələrində bu imkanlar tam formalaşmadığı üçün kütləvi dönüş gözlənilmir. İnsanlar əsasən harada iş və gəlir varsa, orada yaşamağa üstünlük verirlər. Lakin səhiyyə, təhsil və sosial təminat sahələrində imkanlar genişləndirilərsə, müəyyən sahələr üzrə qayıdış mümkündür.

Qarabağın bərpası prosesi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ağdam, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Ağdərə kimi ərazilərdə yenidən qurulan şəhər və qəsəbələr gələcəkdə məskunlaşma üçün imkanlar yaradır. Amma prosesin uğurlu olması üçün əsas şərt yenə də iş yerlərinin yaradılması və dayanıqlı sosial təminatın təmin edilməsidir. Ümumilikdə, əhalinin geri dönüşünü müəyyən edən əsas amillər iş imkanları, sosial təminat və keyfiyyətli təhsil mühitidir. Bu şərtlər formalaşarsa, Bakıdan 200-300 km uzaqda yerləşən rayon və kəndlərə köçmək insanlar üçün çətin deyil. Əks halda, miqrasiya axınının istiqaməti dəyişməyəcək”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Aprel 2026 06:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri