Bakıda güclü külək əsəcək PROQNOZ
Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən “Doğru.az“-a verilən məlumata görə, aprelin 27-də Bakıda gecə və səhər arabir duman olacaq.
Eyni zamanda mülayim cənub-qərb küləyi axşama doğru güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-13° isti, gündüz 16-20° isti olacaq, atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət isə gecə 70-75%, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarına gəlincə, sabah hava şəraitinin əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Bundan başqa ayrı-ayrı yerlərdə arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
DOĞRU.AZ
Baxış sayı:143
Bu xəbər 26 Aprel 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















