Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir? Sensasion
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı, Türkiyə vətəndaşı Cəlal Çiftçi tərəfindən Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn materialların paylaşılması faktları üzrə Baş Prokurorluqda araşdırmalar aparılıb.
Cəlal Çiftçinin kimliyini araşdırıb və bəzi faktları əldə etdik:
1975-ci ildə anadan olan Cəlal Çiftçi jurnalistikaya 1992-ci ildə başlayıb.
Özünün verdiyi məlumata görə, müxtəlif televiziya kanallarında, o cümlədən ŞRT, TV 63 və ATV-də çalışıb.
2005-ci ildə “Şanlıurfa Olay” qəzetini təsis edib, daha sonra Olay Media Qrupunun rəhbəri kimi fəaliyyət göstərib.
2013-cü ildə Şanlıurfada “Özel Celal Çiftçi Anadolu Sağlık Meslek Lisesi” adlı təhsil müəssisəsini yaratdığını bildirib.
Diqqətçəkən məqam onun Türkiyə Prezident Administrasiyası ilə əlaqələridir. Belə ki, 2022-ci ildə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi C.Çiftçiyə daimi mətbuat vəsiqəsi verib.
Cəlal Çiftçi 2023-cü ildə Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) Şanlıurfa üzrə deputatlığa namizədliyini irəli sürüb.
O, Şanlıurfada fəaliyyət göstərən “Şanlıurfa Olay” qəzetinin təsisçisi və Anadolu Media Birliyinin sədr müavinidir.
Qeyd edək ki, Cəlal Çiftçinin adı Azərbaycanda Baş Prokurorluğun yaydığı məlumatdan sonra gündəmə gəlib.
Rəsmi məlumata əsasən, onun da adı çəkilən şəxslər arasında olduğu sosial şəbəkə paylaşımları ilə bağlı araşdırma aparılır. Həmin materialların Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönəldiyi bildirilir./Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 16 Oktyabr 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















