Bakıda hakimlər özü özlərinə etiraz etdilər QƏRAR KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Bakı Ağır Cinayətlər Məhkəməsində İlkin Murquzovun Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxan hakimlər özü-özlərinə etiraz ediblər.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, məhkəmə tərkibinə daxil olan hakimlər Eldar İsmayılov və digəri verdikləri özü-özlərinə etirazların baxılması üçün cinayət işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini istəyiblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə hakimlərin özü-özlərinə verdikləri etirazlar baxılması üçün aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Bakı Apellyasiya Məhkəməsi hakimlərin etirazlarını cinayət işinin materialları ilə birlikdə araşdırıb. Araşdırma zamanı müəyyən edilib ki, İlkin Murquzovun təqsirləndirildiyi cinayətdə onunla qabaqcadan əlbir olan bir qrup şəxs kimi digər şəxs də ittiham olunur.
Məhkəmə materiallarından məlum olub ki, həmin şəxs barəsində olan cinayət işinə daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Həmin işə hakim Cavid Hüseynovun sədrliyi ilə, Eldar İsmayılovdan ibarət məhkəmə tərkibi tərəfindən baxılıb və iş üzrə yekun məhkəmə aktı qəbul edilib.
Hazırkı cinayət işində isə İlkin Murquzov həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında eyni cinayətin törədilməsində ittiham olunur.
Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsi hesab edib ki, hazırkı məhkəmə tərkibində yer alan hakimlər əvvəllər eyni cinayət faktı ilə bağlı digər təqsirləndirilən şəxs barəsində cinayət işinə baxarkən həmin hadisə ilə bağlı öz mövqelərini artıq ifadə ediblər.
Məhkəmə bu halı hakimlərin İlkin Murquzovun barəsində aparılan cinayət təqibində maraqlı olmasını təsdiq edən hallar kimi qiymətləndirib.
Bakı Apellyasiya Məhkəməsi araşdırmanın nəticəsi olaraq hakimlərin özü-özlərinə verdikləri etirazların təmin edilməsinə qərar verib. Qərara əsasən, İlkin Murquzovun Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi başqa məhkəmə tərkibində baxılması üçün yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Beləliklə, cinayət işinə bundan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin digər hakimlərdən ibarət məhkəmə tərkibi tərəfindən baxılacaq.
Qeyd edək ki, hazırkı qərar İlkin Murquzov təqsirli olub-olmaması məsələsinə dair yekun məhkəmə hökmü deyil. Cinayət işinin mahiyyəti üzrə məhkəmə araşdırması başqa məhkəmə tərkibində davam etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 05 Oktyabr 2026 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















